Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadan Azərbaycana könüllü qayıdan ailəyə 18 baş heyvan verildi

Ailəyə 9 baş inək və 9 baş buzov verilib

Avropadan Azərbaycana könüllü olaraq qayıdan ailəyə 9 baş inək və 9 baş buzov verilib. Bu barədə "Report"a Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildirilib. BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü ölkəyə qayıdan miqrantlara reinteqrasiya yardımı göstərməkdə davam etdirir.
İyulun 29-da BMqT-nin Azərbaycan nümayəndəliyi Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıdan növbəti ailəyə Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərib. Ailəyə İmişli rayonunda, BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq təhvil verilib. BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılan reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.

pia.az


Etiket: avropa ailə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Ən çox oxunanalar