Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur istirahət mərkəzlərinin bağlanması üçün - Müraciət

Çimərlik ərazilərində tullantı sularının idarə olunması ilə bağlı növbəti reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma", "Riverin", "Ober Lyuks", "El Faro", "Təhsil", "Atlant" istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq", "Caspian Breeze", "Şərur", "Amore", "Nicat", "Freqat", "Regnum", "Röya", "Turan", "Təndir", "Qala" istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Xaçmaz rayonundakı "Çıraqqala", "Jalə", Sumqayıt şəhərindəki "Duyğu", "Liman", "Atlantida", "Flaqman", "Narınqala", Balıqçı", "Alma", "Neptun, "Antalya", "Qala", Bakı şəhərindəki "Mirvari", "Riyad park", "Caspian Beach", "1001 gecə", "Eldarado", "Dostluq", "Aquapark" istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş "məcburi göstəriş"lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb.

Reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos", "Ulduz", Sumqayıtda "Katamaran", "Sahil", "Diana", Bakıda "Bizim sahil", "Xəzər", "Türkan", "Simurq", "Voyage", "Qala" və "Antalya" istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu", "Həsirli", "Su pərisi", "Panorama" ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş"lər verilib.

Qeyd edək ki, "1001 gecə" istirahət mərkəzi millət vəkili Hüseynbala Mirələmova məxsusdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay