Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşın markalarının arxasında gizlənən qəribə və sirli mənalar

Avtomobil markaları istehsal etdikləri yeni modellərlə texnologiya və komfortu hər gün daha üst səviyyəyə çıxarır

Bəs hər gün küçələrdə rast gəldiyiniz markalarının adının altındakı gizli mənalardan xəbərdarsınızmı7

Dizi maraqlı məlumatlarla tanış edirik.

"Mitsubishi"

Məşhur yapon sənaye şirkətinin istehsalı olan "Mitsubishi" adını həm də şirkətin emblemi olan qədim yapon döyüşçüləri samurayların emblemindən götürüb. Emblem mitsu (üç) və bishi (almaz) sözlərinin birləşməsi ilə adlandırılıb.

"Mercedes-Benz"

Avstriyalı tacir Emil Yelinek 1897-ci ildə yarışda qalib gəldiyi avtomobilinə qızının adını verib. Bunun şərəfinə şirkətin qurucuları Qotlib Damler və Karl Benz istehsal etdikləri avtomobili "Mercedes" adlandırıblar.

"Mazda"

Şirkət adını qanadlarını açmış ağ qartal kimi təsəvvür edilən zərdüştlərin elm tanrısı Ahura Mazdanın adından götürüb.

"Hyundai"

Şirkətin adı Koreya dilində "çağdaş, müasir" mənasına gəlir.

"SsangYong"

Cənubi koreyalı avtomobil istehsalçısının adı "əkiz əjdaha" mənasına gəlir.

"Kia"

Koreyanın ikinci böyük avtomobil firmasının adı "Asiyadan doğan" mənası daşıyır.

"Cadillac"

1902-ci ildə qurulan ABŞ şirkəti adını 16-cı əsrdə yaşamış Detroit şəhərinin qurucusu, fransalı ixtiraçı Antoine de la Mothe Cadillacın adından götürüb.

"Subaru"

Yaponiyanın avtomobil nəhəngi adını Taurus ulduz yığmasının yapon dilindəki adından götürüb.

"Pontiac"

Amerikalı məşhur marka adını 18-ci əsrdə yaşayan hinduların şefi Pontiac Obvandiyagdan alıb.

"Dacia"

Rumıniyanın ən böyük avtomobil firması eyni zamanda Rumıniyanın qədim zamanlardakı adını daşıyır.

"Jeep"

Hərbi məqsədlə istehsal edilən dünyanın ilk yolsuzluq avtomobili "Jeep" adını "Təməl Rəis" cizgi filmindəki "Eugene the Jeep" adlı heyvandan götürüb. Bütün markalardakı bu tərz avtomobillər sonradan cip adlanıb.

"Aston Martin"

İngiltərənin idman avtomobilləri istehsalçısı "Aston Martin" adını qurucularından biri olan Lionel Martinin düzəltdiyi yarış avtomobillərini Aston təpəsində sınaqdan keçirməsindən sonra alıb.

"Lexus"

Latın dilində qanun anlamına gəlir. "Toyota"nın lüks avtomobil markasıdır.

"Skoda"

Çex avtomobil firması adını qurucusu Emil von Skodadan götürüb. Dövrünün ən böyük silah istehsalçılarından olan "Skoda", eyni zamanda, çex dilində "zədəli" mənasına gəlir.

"Volkswagen"

VW-nin embelminin necə meydana gəldiyi haqqında dəqiq məlumat yoxdur. Bir rəvayətə görə, V və W hərflərindən əmələ gələn loqo dizayner Xavyer Reimspiess tərəfindən 1937-ci ildə çəkilib. "Porsche" dizayneri olan Reimspiessin hər fürsətdə qələm və kağıza müraciət etdiyi bildirilir. İlk loqoda istifadə olunan dişlilərin çevrəsindəki naxışlar nasistlərin istifadə etdiyi Qamalı Xaçı xatırladır.

"Audi"

"Audi" sözü latın dilində "eşitdim" mənasına gəlir.

BMW

BMW-nin açılışı "Bayerische Motor Werke"dir (Bavyera Motor Fabriki).

SAAB

İsveçli firmanın adının açılışı isə Svenska Aeroplan Aktie Bolage"dir. (İsveç Təyyarə Anonim Şirkəti)

"Alfa Romeo"

1910-cu ildə A.L.F.A. (Anonima Lombarda Fabbrica Automobili (Lombardiya Avtomobil Fabriki Şirkəti)) adı ilə qurulan şirkət Nikola Romeonin ortaq olması ilə "Alfa Romeo" adını alıb.

FIAT

İtaliyanın avtomobil firması FIAT-ın açılışı "Fabbrica Italiana Automobili Torino"dur. (Torino İtalyan Avtomobil Fabriki).

"Tesla"

ABŞ-ın elektriklə işləyən avtomobil istehsalçısı adını məşhur ixtiraçı Nikola Tesladan götürüb.

"Volvo"

İsveç avtomobil firmasının adının mənası "qayıdır" deməkdir.

SEAT

"Volkswagen"in nəzdində fəaliyyət göstərən ispan avtomobil firmasının adının açılışı "Sociedad Española de Automóviles de Turismo"dur (İspan Tur Avtomobil Şirkəti).

"Nissan"

1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo Co.ltd. şirkətlərinin birləşməsi ilə 2 şirkətin yapon dilindəki qısaltması "Ni-san"sözünü ortaya çıxarıb.

"Infiniti"

"Nissan"ın ABŞ bazarı üçün qurduğu lüks avtomobil markasıdır. Adı ingilis dilində "ucsuz-bucaqsız" mənasına gəlir. (publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar