Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın ziddiyyətli oyunu - Vaşinqtonun Türkiyə strategiyası nə vəd edir?..

ABŞ Ankara-Moskva dostluğuna mane olmaq istəyir, lakin bu prosesdə Türkiyəni tamamilə itirəcək addımlar atmaqdan da çəkinir...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 24 iyul 2019-cu il

ABŞ-ın xarici siyasətdəki önəmli simalarından olan Henri Kissincer “Dünəndən bu günə yeni Çin” adlı əsərində qərblilərin və çinlilərin strateji fərqlərini Şahmat və Wei-Qi (“Qo”) ilə müqayisə edərək izah edir: “Şahmatı konkret nəticəyə gedən bir müharibə hesab etsək, Wei-Qi-ni də uzunmüddətli bir hərəkat adlandıra bilərik. Şahmatçı mütləq zəfəri hədəfləyir. Wei-Qi oyunçusu isə nisbi üstünlük qazanmağa çalışır. Şahmatda oyunçu hər zaman rəqibinin gücünü görmək imkanına malikdir, çünki bütün fiqurlar ortadadır. Wei-Qi oyunçusu isə oyun taxtasındakı fiqurlarla yanaşı, rəqibinin digər fiqurlarını da dəyərləndirməlidir. Şahmat tək bir şeyi düşünməyə yönəldilir, Wei-Qi isə strateji elastiklik tələb edir.”

S-400-lər təslim edildikdən sonra Ağ Ev və Pentaqon arasında Türkiyə siyasəti məsələsində ziddiyyətlər olması barədə mediada xəbərlər çıxıb. ABŞ prezidenti Donald Tramp isə Türkiyə ilə bağlı mülayim açıqlamalar verərkən, Pentaqon və ABŞ Senatı isə Türkiyəni hərbi, iqtisadi və siyasi cəhətdən təhdid edən açıqlamalar verir.

ABŞ-da qərarsızlıq varmı?

Türkiyədə ABŞ tərəfindən gələn ziddiyyətli açıqlamaları qərarsızlıqla əlaqələndirənlər çoxdur. Siyasətçilər, əsgərlər və diplomatlar ABŞ qurumları arasındakı problemlərdən istifadə edərək Vaşinqtonla razılıq əldə edə biləcəyimizi düşünürlər.

Amerika siyasətini dəyərləndirərkən cavablamalı olduğumuz bir sual da var: ABŞ Türkiyə və Rusiya arasında dərinləşən münasibətlər qarşısında bir şahmatçı kimi davranır, yoxsa Wei-Qi ustası kimi həmlə edir?

Kissincerin Çin tərzində siyasi mövqeyə malik olduğu və Tramp administrasiyasının xarici siyasətində bunun təsiri olduğu hər kəsə məlumdur. Görünür, ABŞ-ın Türkiyəyə qarşı olan münasibətinin arxasında qurumlar arası anlaşmazlıqlardan çox, Ankaranın mövqeyini və həmlələrini idarə etməyə çalışan bir strategiya var. Əks halda, Pentaqonun Türkiyənin S-400 alması ilə bağlı mətbuat açıqlamasını 2 dəfə ləğv edib, daha sonra da tez-tez ertələməsini və Obamanın Türkiyə siyasətindəki yanlışları bağlı Trampın verdiyi açıqlamanı sadəcə qarışıqlıq adlandırarkən yanıla bilərik. Əlbəttə ki, ABŞ qurumları arasında bəzi məsələlərdə fərqlər ola bilər, lakin bu fərqlərin prinsipial olaraq təzad yaratması mümkün görünmür.

ABŞ Quru Qüvvələrinin Avropa Ordusunun sabiq komandiri, General-leytenant Benjamin Hodcesin: “Ərdoğandan sonrasını düşünərək hərəkət etməliyik. Türkiyə-ABŞ münasibətlərinin indiki versiyası, böyük ehtimalla, bu yay məhv olacaq. Türkiyə-ABŞ münasibətlərinin yeni versiyasını və Ərdoğandan sonrakı həyatı düşünmək lazımdır. Türkiyəni itirməyi gözə ala bilmərik”, deməsindən və NATO-nun Avropadakı birləşmiş ordularının sabiq komandanı, general Ceyms Stavridisin “İttifaqdakı ikinci ən böyük orduya sahib olan ölkəni itirmək çox böyük bir geosiyasi səhv olacaq”, deməsindən ortaya konkret bir nəticə çıxır: ABŞ Ankara-Moskva dostluğuna mane olmaq istəyir, lakin bu prosesdə Türkiyəni tamamilə itirəcək addımlar atmaqdan da çəkinir.

ABŞ-ın Türkiyə strategiyası

Bu nəticənin işığında deyə bilərik ki, Ağ Ev və Pentaqon ziddiyyətli şəkildə də olsa Türkiyəni diz çökdürmək istəyir və bunu strateji cəhətdən də möhkəmləndirməyi hədəfləyir:

1) Türkiyə ilə əlaqələri qorumaq siyasəti

S-400-lərin göndərilməsindən sonra Pensilvaniyada həbsdə tutulan “Halk” bankın müdir müavini Mehmet Hakan Atillanın azadlığa buraxılmasını və Trampın S-400-lərə rəğmən, hökumətə qarşı müsbət açıqlamalar verməsini bu baxımdan qiymətləndirmək olar.

Vaşinqton Türkiyə ilə əlaqələri açıq tutaraq AKP və Rusiya arasında bir anlaşılmazlıq yaranan kimi Ankaranı yenidən əvvəlki mövqeyinə qaytarmaq üçün əlindən gələni edəcək. Bu halda isə Türkiyə-Rusiya münasibətlərinin zəif nöqtəsi olan Suriyada iki ölkəni üçün qızışdırmaq üçün həmlələr edə bilər.

Əlaqələri qorumaq siyasətinin Ağ Ev və Tramp vasitəsilə aparılması mümkün görünür.

2) AKP-ni Türkiyədən ayırmaq strategiyası

Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-lı komandirlərin açıqlamaları və ABŞ mediasının məşhur yazıçılarının Ərdoğana görə Türkiyənin itirilməməli olduğu barədə yazıları göstərir ki, qarşıdakı dönəmdə ABŞ AKP-ni hədəf alacaq və Türkiyədə müxaliflər başda olmaqla cəmiyyətin digər qisimlərinə xoşluqla yanaşacaq.

Bu strategiya daxilində ölkədə yeni partiyanın qurulması və AKP-nin zəiflədilməsi yolunda cəhdlər ediləcək. Əhməd Davudoğlu və Əli Babacanın çıxışlarını da bu baxımdan dəyərləndirmək olar.

ABŞ Türkiyədəki digər qüvvələr və qurumlarla arasını pozmadan AKP-ni hakimiyyətdən endirib, onun yerinə özünə yaxın olan bir qüvvəni iqtidara gətirməyi hədəfləyir və bu ehtimalı hər zaman aktiv saxlayır.

3) Türkiyəni daxildən və xaricdən mühasirəyə almaq cəhdləri

ABŞ eynilə Şərqi Aralıq dənizi və Suriyanın şimalında olduğu kimi, Türkiyə Respublikasını da daxildən və xaricdən çürütmək üçün həmlələrinə davam edəcək.

Daxili siyasət:

- Türkiyədə yaşayan suriyalılar vasitəsilə qızışdırmalar apara bilər (ABŞ və İsrail mətbuatında Türkiyədə yaşayan suriyalılara qarşı edilən hücumlarla bağlı çoxlu xəbərlər çıxır);

- AKP və müxalifət daxilində ABŞ əleyhinə olan ünsürləri qaralama əməliyyatları;

- ABŞ tərəfdaşı olan media vasitəsilə ictimaiyyətdə bizim Rusiya təsirinə düşməyimizlə bağlı düşüncə yaradılması və bu yolda türk-rus münasibətlərini pozmağa yönəlmiş cəhdlər (S-400-lərdən sonra sosial mediada və mətbuatda başlanan Rusiya əleyhinə kampaniya).

Xarici siyasət:

- Türkiyədə AKP-ni diktatura adlandıraraq hökuməti beynəlxalq aləmdə tək buraxmaq;

- Provakasiyalar və yalan ifadələrlə Türkiyə ilə Suriya arasındakı əlaqələri əngəlləmək;

- Şərqi Aralıq dənizində Türkiyənin ittifaqlar qurmasına mane olmaq;

- Suriyanın şimalında PKK/YPG/SDG və onlara bənzər qruplara dəstək vermək və bu qrupların Türkiyə əleyhinə fəaliyyətlərini sürətləndirmək (ABŞ bölgədəki terror qruplaşmalarına logistik və kəşfiyyat dəstəyi verməyə davam edir);

- Türkiyənin İraqın şimalı başda olmaqla, bölgədə fəal olduğu yerlərdəki aktivliyini qırmaq (Ərbildə türk diplomatlarına qarşı edilmiş hücum).

Bu sadalananlar ABŞ-ın Türkiyə əleyhinə aparacağı siyasətin əsas xətlərini formalaşdıracaq.

Mühasirəni doğru strategiya ilə dəf etmək olar

Vaşinqtonun siyasətini Kissincerin cümlələri ilə belə izah edə bilərik: “Şahmat Klauzevits mərkəzi ilə nəticəyə aparan həmlələri öyrədir. Oyun, əsasən, oyun taxtasının mərkəzində gedən mübarizə ilə başlayır. Wei-Qi isə strateji mühasirə sənətini öyrədir. Usta bir şahmatçı çoxlu toqquşmalardan sonra rəqibinin fiqurlarını dəf etməyi hədəfləyir, lakin bacarıqlı bir Wei-Qi oyunçusu rəqibinin fiqurlarının strateji gücünü yavaş-yavaş azaldır.”

ABŞ bu gün Türkiyəyə bir Wei-Qi oyunçusunun strategiyasını tətbiq edir və Türkiyəni müxtəlif cəbhələrdən mühasirəyə almağa çalışır. Bu mühasirəyə tək cəbhə ilə cavab vermək kifayət deyil. Türkiyənin tarixə əsaslanan, iqtisadi kanallarla gücləndirilmiş, Əlcəzairdən Pakistana qədər geniş bir hərəkət sahəsi var. Həmçinin, fiqurları doğru şəkildə yerləşdirməyi bilən kadrlara da çox ehtiyac var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar