Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni qaz limiti kasib ailələrə kifayət edəcək? - Ekspert rəyi

Rövşən Ağayev: “Ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombiylə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir”

Tarif Şurası əhalinin istehlak etdiyi mavi yanacaq limitini illik 1.7 min kubmetrdən 2.2 min kubmetrə çatdırıb.

PİA.az xəbər verir ki, illik qaz limitinin artırılması ilə bağlı iqtisadçı Rövşən Ağayev bildirib ki, hökumətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək:

“Bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında apardığımız sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombiylə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir.

Mənzilin sahəsi 100 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, coğrafiyada qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir”.

İqtisadçı vurğulayıb ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kubmetr intervalındadır:

“Hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçsisi var. Bu rəqəmlərdən çıxış etsək, deməli bundan sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30%-i 2.2 min illik qaz istehlak edir. Bütün abunəçilərin 56%-i (1.2 mln.) illk 1.7 min kubmetrdən az qaz istehlak edir.

Statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunal xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir”.

İqtisadçı onu da qeyd edib ki, Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kubmetrdir:

“Tarif Şurasının məlumatın görə, hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 mln. təşkil edir. Nəticə çıxarmaq və araşdırmaçılar üçün çox yaxşı faktlardır”.

Fatima ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar