Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yarış Latifinin inamlı qələbəsi ilə də başa çatdı - Yenilənib - Video - Foto

Formula 2 üzrə ikinci yarışda yürüşü 13 pilot başa vura bildi

Yarış hazirda çempionatda ümumi siyahıya başçılıq edən Latifinin inamlı qələbəsi ilə də başa çatdı.

Bu, "DAMS" komandasının pilotunun movsumda artıq ikinci qalibiyyəti oldu.

İkinci yeri "Sauber"dən Xuan Manuel Korrea tutdu. Yarışda ən yaxşı üçüncü nəticəni isə "Campos Racing"dən Cək Aitken göstərdi.

Beləliklə, Formula 2 üzrə ikinci yarışda da yürüşü yalnız 13 pilot başa vura bildi.

 ***

14:06

Milli.Az xəbər verir ki, pilotlar arasında təkər-təkərə gərgin mübarizə gedir.

Bir sıra hallarda ötmələr az qala toqquşma isə nəticələnəcəkdi. Yarışa dünənki qalıb Nikolas Latifi başçılıq edir.

 ***

13:44

Xəbər verilir ki, "Trident" komandasının yarışda mübarizəsi erkən başa çatdı. Komandanın digər pilotu - Culiano Alesi də qəzasız ötüşə bilmədi. Döngədə maneəyə çırpılan Alesi daha sonra yarışı dayandırmalı oldu.

 ***

Yarış bərpa edilən kimi az sonra yenidən qəza baş verdi və yenə də üçqat. Bu dəfə Yordan Kinq, Luka Qiotto və Nikita Mazepin döngədə ardıcıl maneəyə çırpılıb dayandılar. Onlar üçün də mübarizə erkən bitdi.

Yenə marşalların sarı bayraqları göründü. Yenə sessiyada fasilə...

 ***

13:31

Xəbər verilir ki, yarış başlar-başlamaz elə 2-ci döngədə 4-5 bolid toqquşdu.

Onlardan Ralf Boşunq, Tatyana Kalderon və Luis Deletrasın yarışı davam etdirə bilməyəcək.

 ***

13:10

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin son, 3-cü günündə Formula 2 üzrə ikinci yarışa start verilib.

Yarışda iştirak edən 20 pilot Bakı Şəhər Halqasında təxminən 45 dəqiqə ərzində 21 dövrə vurmalıdırlar.

Yarışda ən yaxşı adı uğrunda Luis Deletras, Nobuharu Matsuşita ("Carlin"), Nikita Mazepin, Nik de Vris ("Art Grand Prix"), Serxio Sette Kamara, Nikolas Latifi ("DAMS"), Quanyu Jou, Luka Qiotto ("Uni-Virtuosi"), Mik Şumaxer, Sean Qelael ("PREMA Racing"), Kallum İlott, Xuan Korrea ("Sauber"), Dorian Bokkolaççi, Cək Aitken ("Campos Racing"), Yordan Kinq, Manaveer Raqhunathan ("MP Motorsport"), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Culiano Alesi və Ralf Boşunq ("Trident") mübarizə aparır.

Qeyd edək ki, dünənki ilk yarışda ən yaxşı "Campos Racing" komandasından Cək Aitken olub. İkinci yeri "Art Grand Prix" komandasından Nik de Vris, üçüncü yeri isə "MP Motorsport"dan Yordan Kinq tutub.

İlk yarış həm də gərgin mübarizə, eləcə də təhlükəli qəzalarla yadda qalmışdı. Dünən start götürən 20 pilotdan yalnız 13-ü yarışı başa vura bilmişdi.

Bu nəticələrdən sonra Formula 2 çempionatında ümumi siyahıya 47 xalla "DAMS" komandasının kanadalı pilotu Nikolas Latifi başçılıq edir. İkinci yeri "UNI-Virtuosi"min italyan pilotu Luka Qiotto, üçüncü yeri isə "Campos Racing"in britaniyalı pilotu Cək Aitken tutur.

Ümumilikdə çempionatda Formula 2 pilotları arasında qalibin adına il ərzində hərəsində 2 yarış keçirilməklə 12 mərhələnin nəticələri əsasında aydınlıq gələcək.(Milli.az)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar