Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhanidən ABŞ-a xəbərdarlıq

"Elə raketlər istehsal etmişik ki, heç onun xəyalını belə edə bilməzsiniz"

 

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və xalqın sabitliyi üçün yuxusuz qalan kəslər həmişə İranın müqavimətində və müdafiəsində bayraqdar olub”.

Bunu İran prezidenti Həsən Ruhani bu gün İranda Milli Nüvə Texnologiyası Günü münasibətilə keçirilən mərasimdə ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsinə münasibət bildirərkən deyib.

H. Ruhani deyib ki, hegemon güclər özlərinin bütün məğlubiyyətlərini bütün məqsədi terrorçularla mübarizə olan bir qrupu terrorçu adlandırmaqla kompensasiya etmək istəyirlər:

“SEPAH terrorçuları məhv etdi, onların qalıqları bir vaxtlar Səddam Hüseynin qucağına qaçdı, indi isə sionist rejimin qucağına qaçırlar. Belə olanda onlar SEPAH-dan narahat olmamalıdırmı? Region xalqlarına yardım edənlər kimlər idi?

Bunlar İranın silahlı qüvvələrinin fədakar qüvvələrindən başqa kimsə deyildi. İraq bizdən yardım istəyəndə, bir saniyə belə gözləmədik. Suriya terrorizmlə mübarizədə İrandan yardım istədi, xalq, rəhbər, hökumət və SEPAH yardım etməyi bir an belə gecikdirmədi. İŞİD-i məğlub edənlər kimlər idi?

Düzdür, əsas səbəbkar İraq, Suriya və Livan xalqlarının özləri idilər, lakin onların yardımına kim çatdı? Əlbəttə ki, İran xalqı və İran İslam İnqilabı Keşikçiləri Korpusu. SEPAH yarandığı ilk gündən indiyədək terrorizmlə mübarizədə ən böyük nailiyyətləri əldə edib və bu yolda şəhidlər verib”.

H.Ruhani deyib ki, bu gün dünyada terroru dəstəkləyənlər hələ də ABŞ və onların nökərləridir: “Onlar İŞİD-i dəstəkləyir, onlara sığınacaq verirlər. Terror qruplaşmalarından region xalqları əleyhinə istifadə etmək istəyirlər. Əgər sanksiyalar tətbiq etməklə İranın gücünü azaltmaq istəyirlərsə, bilsinlər ki, ötən ildən bu ilə qədər elə raketlər istehsal etmişik ki, heç onun xəyalını belə edə bilməzlər. Əgər məqsədləri çaxnaşma yaratmaqdırsa, ötən ildən bu yana sanksiyaların təbiqi ölkə daxilində vəhdəti daha da çoxaldıb. Siz səhv edirsiz və öz səhvinizi davam etdirirsiniz.

Bu iki ildə hansı qərarınız düzgün olub ki? Qüdsü işğalçı rejimin paytaxtı elan etdiniz, dünya ölkələri əleyhinizə çıxdı, kim qəbul etdi?”.(ONA.az)

pia.az


Etiket: Ruhani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay