Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şumaxerin oğlu: "Bakıda ilk dəfə yarışacağam"

"Düzü, mən belə nəticə göstərəcəyimi gözləmirdim"

Bunu yeddi qat "Formula 1" çempionu Mixael Şumaxerin oğlu Mik deyib.

O, Bəhreyn trasında "Ferrari" və "Alfa Romeo" bolidləri ilə test yürüşü edib. "Formula 3"ün hazırkı çempionu və "Formula 2"nin debütantı "Ferrari" ilə ikinci, "Alfa Romeo" ilə isə altıncı ən sürətli pilot olub.

"Hər şey çox pozitiv keçdi. Komanda ilə işləmək çox asan oldu. Hər iki komanda da mənə bilməyim lazım olan nöqtələri öyrənməkdə çox kömək etdilər", - deyə Mik Şumaxer bildirib.

Daha sonra o, "Formula 2"də növbəti yarışı olacağı Azərbaycan Qran-Prisi barədə danışıb:

"Bu andan etibarən nələr olacağını bilmirəm. Yenidən "Formula 2"də yarışmağı səbirsizliklə gözləyirəm. Bakı xüsusi trasdır, orda ilk dəfə iştirak edəcəyəm.

Simulyatorda "Prema" ilə çox işləyəcəyəm və bunun üçün hazırlaşacağam. Burada öyrəndiklərimdən istifadə etməyə çalışacağam".

Qeyd edək ki, Azərbaycanda bu il "Formula-1" və "Formula-2" yarışları 26-28 aprel tarixlərində keçiriləcək.(oxu.az)

pia.az


Etiket: Formula 1

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar