Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səddamın Azərbaycanı hiddətləndirən əxlaqsızlığı

Ötən gün sürətlə sosial şəbəkələrdə yayılan və cəmiyyətdə böyük hiddət doğuran çılpaq qızlar videosuna görə hüquq-mühafizə orqanları hərəkətə keçib

Həmin videonu çəkənin və yayan şəxsin, habelə orada yer alan 3 qızın saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Həmin video dünən “Votsap”da və digər sosial şəbəkələrdə yayılmışdı. Videokadrlarda içki və orgiya səhnələri yer alır, 3 gənc qız tamamilə çılpaq vəziyyətdə, sərxoş halda rəqs edirlər. Çəkilişi aparan şəxsin qızları içkiyə təhrik etdiyi görünür. Kadrlarda orgiyanın təşkil olunduğu villanın həyətində park edilmiş 90 SA 888 dövlət nömrə nişanlı “Range Rover” avtomobili də gözə dəyir.

Bu kadrlar cəmiyyətdə haqlı olaraq hiddətə səbəb olub. Və həmin avtomobilin dövlət nömrə nişanından çıxış edərək tezliklə orgiyanın iştirakçıları müəyyənləşdirilib.

Məlum olub ki, 90 SA 888 dövlət nişanlı "Range Rover" markalı avtomobilin sahibi Alıyev Səddam Qüdrət oğludur. Avtomobili etibarnamə ilə Rusiya vətəndaşı Cahid Kərimov da idarə edir. Əslən Şamaxıdan olan Cahid Kərimov bu videonu yayan şəxsdir. O, bunu Şamaxıdakı evində çəkib. Həmin şəxsin kifayət qədər imkanlı olduğu bildirilir. Nəsimi rayon sakini olan Alıyev Səddamın isə Moskvada meyvə-tərəvəz biznesi ilə məşğul olduğu bildirilir.

Çılpaq qızları videoya çəkib yayaraq hiddət doğuran əxlaqsızlıq əməli törətmiş şəxsin kimlər tərəfindənsə döyüldüyü və alnından xəsarət aldığı barədə foto da sosial şəbəkələrdə yayılıb. Digər fotoya görə həmin “Range Rover” şəxsin yaşadığı binanın həyətindən evakuatorla aparılır.

Bu əxlaqsızlıq məclisində Bakının rayonlarından birinin icra hakimiyyətinin başçısının oğlunun da iştirak etdiyi haqda sosial şəbəkələrdə məlumatlar yayılıb, amma həmin məlumatların nə dərəcədə doğru olduğu məlum deyil. Hələlik hüquq-mühafizə orqanları bu qalmaqalla bağlı rəsmi məlumat yaymayıblar.(Qafqazinfo)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay