Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soğanın bahalaşması üçün iqtisadi əsas yoxdur”

KTN rəsmisi: “Ötən il istehsal bol olub, qıtlıqdan söhbət belə gedə bilməz...”

Azərbaycanda soğanın qiyməti rekord həddə çatıb. Novruz bayramı günlərində bu məhsulun satış qiyməti 1,2-1,5 manata qədər bahalaşıb. Bahalaşma əhali arasında ciddi narazılıq yaratmaqla yanaşı, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Həmişə bolluğuna və ucuzluğuna öyrəşdiyimiz soğanın bahalaşmasının əsas səbəbi kimi bu məhsulun Türkiyə və Ukraynaya ixracının artması göstərilir. Lakin “Yeni Müsavat”a danışan Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə hesab edir ki, ixracın artması daxildəki qiymət bahalaşması üçün iqtisadi zəmin yaratmır: “Ötən ilin anoloji dövründə soğanın qiyməti 60-70 qəpik təşkil edib. İndi isə pərakəndə satış qiyməti 1 manat 20 qəpik - 1 manat 30 qəpik arasında dəyişir. Bunun da əsas səbəbi bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artmasıdır. Adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7 min 300 ton soğan ixrac edilib. Müqayisə üçün deyim ki, ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib. Bir neçə ay sonra faraş soğan istehsal olunacaq. Biz ixracı bunun hesabına daha da artıracağıq”.

F.Fikrətzadə qeyd edir ki, ixrac artsa da, ötən ilki istehsalın bolluğu Azərbaycanda soğan qıtlığının yaranmasını istisna edir: “Soğan istehsalının artdığını nəzərə alsaq, qıtlıqdan söhbət belə gedə bilməz. 2018-ci ildə tarixdə ilk dəfə Azərbaycanda 235 min ton soğan istehsan olunub. Adətən bizdə il ərzində 150-170 min ton soğan istehsal edilirdi. Bu qədər istehsal artımının qarşısında ixracın 5 min ton yüksəlməsi bazarda qıtlıq yaradacaq hədd deyil. Ümumiyyətlə, bu il üçün ötənilkindən də yüksək soğan istehsalı gözlənilir. Çünki artıq soğan istehsalçıları birbaşa ixrac bazarları ilə işləmək təcrübəsi əldə ediblər ki, bu da bazara müsbət siqnal ötürür. Soğan istehsalında ixtisaslaşmış fermerlərimiz müasir texnologiyalar tətbiq etməklə 1 hektardan 30-40 tona qədər soğan alırlar. Çünki dünya bazarında soğanın 1 tonunun ixrac qiyməti 400-420 dollardır. Bizim ixrac soğanımız isə 300-350 dollara təklif olunur. Bu da qiymət baxımından bizim üçün əlevrişlidir”.

F.Fikrətzadə qeyd edib ki, Türkiyəyə ixrac edilən soğan əsasən Beyləqan, Ağdam, Bərdə, Ağcabədi, Şəmkirdə istehsal edilir.

KTN rəsmisinin sözlərinə görə, soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır: “Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı. İndi hamı düşünür ki, soğan Türkiyəyə satılır deyə qıtlıq olacaq. Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqədar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq. Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm”.

Ajiotajı aradan qaldırmaq üçün soğan ixracının məhdudlaşdırılması mümkündürmü? F.Fikrətzadə bunu məqsədəuyğun hesab etmir: “Sahibkarlar bazarın reaksiyasına uyğun olaraq, istehsal həcmini artırıblar. Soğanda ixrac ənənəsinin yaranması müsbət haldır. 2017-cı ildə 56 min ton, 2018-ci ildə 40 min ton soğan ixrac etmişik. Hansı ki, tarixən həmişə ildə 3-5 min ton faraş soğan ixrac olunub. Növbəti dəfə daxili bazarda qiymətlərin stabilliyi təmin olunmaq şərtilə bazar imkanlarından istifadə edərək, soğan ixracımızı daha da artırmağa nail olacağıq. İxraca hər hansı inzibati məhdudiyyət sahibkarlar üçün mənfi siqnal ola bilər. Bu, eyni zamanda arzuolunmaz müzakirələrə də səbəb olar. Bir daha qeyd edirəm ki, bahalaşma qısamüddətli ajiotajın nəticəsidir və onun tezliklə dayanacağını düşünürəm. Artıq bazara yeni soğan çıxmaq üzrədir, ötən ildən qalan məhsulu uzun müddət saxlamaq da mümkün deyil. Buna görə də sahibkarların qiymətləri tezliklə aşağı salacaqlarını gözləyirəm”.

"Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb".

Bunu isə “Report”a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev ölkədə soğanın 2 dəfə bahalaşmasına münasibət bildirərkən deyib: "Fevralda soğan istehsalçıları ilə görüş keçirilmişdi. Onda sahibkarların qiymətdən hər hansı şikayəti yox idi, əksinə soğanın keçən ilə nisbətən qismən bahalaşmasına (ötən il soğanın qiyməti 0,25-0,40 manat təşkil edirdi) görə sevinirdilər. Mən bildiyimə görə, ötən ayın sonuna qədər Türkiyəyə ixrac həyata keçiriləcəkdi. Mart ayında istehsalçılarla görüşməmişik”.

Qeyd edək ki, pərakəndə satış şəbəkələrindən aldığımız məlumata görə, topdansatış mərkəzlərində soğan qıtlığı yoxdur: istənilən qədər məhsul götürmək mümkündür. Bu isə daxili bazarda qıtlığın olmadığı, bazara məhsul buraxan topdansatış mərkəzlərinin qiyməti süni şəkildə qaldırdıqlarından xəbər verir. Dünya təcrübəsi göstərir ki, bu kimi hallarda dövlət iki yolla qiymət bahalaşmasının qarşısını alır. Bunlardan birincisi, bazara məhsul müdaxiləsidir. Bununla da dövlət öz ehtiyatları hesabına bazara əlavə məhsul buraxmaqla qiymətlərin aşağı salınmasına nail olur.

Azərbaycanda dövlət adından məhsul alışını həyata keçirən qurumun yaradılmasına dair prezident fərmanı 3 ay əvvəl – 2018-ci ilin dekabrında imzalanıb. Fərmanla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək onun bazasında Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Hələlik formalaşma prosesi başa çatmadığına görə bu qurumun bazara hər hansı məhsul müdaxiləsi imkanı da yoxdur. Bu isə qiymət bahalaşmasına qarşı əsas rıçaqın hələlik işlək olmadığı deməkdir.

Dövlətin süni qiymət artımına qarşı digər mübarizə üsulu antiinhisar orqanı vasitəsilə reallaşdırılmalıdır. Yəni bu orqan qiymət artımının kartel sövdələşməsinin nəticəsi olub-olmadığını müəyyənləşdirərək, zəruri addımları atır. Azərbaycanda bu funksiyanı həyata keçirəcək orqan - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ötən ilin aprelində yaradılıb. Prezidentin fərmanı ilə agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazasında formalaşdırılıb.

Agentliyin soğanın qiymətində faktiki olaraq süni xarakter daşıyan bahalaşma ilə bağlı hər hansı tədbir görüb-görmədiyini öyrənmək istəsək də, təəssüf ki, buna nail ola bilmədik. Belə ki, Agentliyin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi təyin olunmayıb, qaynar xəttinə isə düşmək mümkün olmadı.

pia.az


Etiket: Soğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar