Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyələrə ayrılan vəsaitin artırılması təklifi

Ekspert: “Subvensiyaların ayrılması mexanizmi şəffaf deyil”

Bu il Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılıb. 2019-cu ilin dövlət büdcəsi haqqında sənədə əsasən, subvensiyanın həcmi 1 milyon manat təşkil edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədə əsasən bu, Ədliyyə Nazirliyinin Maliyyə Nazirliyinə müraciəti sayəsində baş tutub.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. Son illərdə bu dotasiyanın məbləği bir qayda olaraq 5,2 milyon manat təşkil edib. Lakin 2019-cu ilin dövlət büdcəsində bələdiyyələrə ayrılan subsidiyanın həcmi 500 min manat azaldılaraq 4,7 milyon manata salınıb. Əvəzində isə Ədliyyə Nazirliyini təklifi əsasında 1 milyon manat subvensiya ayrılıb. Subvensiya istənilən səviyyəli büdcədən yalnız müəyyən məqsədlər üçün ayrılmış və bu məqsədlər üçün xərclənməli olan pul miqdarıdır. Subsidiya ilə eyni mahiyyət daşısalar da, onların bir sıra əsas fərqləri var. İlk öncə onu qeyd edək ki, vətəndaşlar birbaşa subvensiya almırlar. Subvensiya yalnız bir büdcədən digərinə köçürülən pul miqdarını ifadə edir.

Subsidiya və subvensiyanın geri qaytarılaması nəzərdə tutulmur. Hər ikisi qarşılıqsız verilir - yəni əldə etmək üçün hər hansı komissiya və ya faiz miqdarı ödəmək lazım gəlmir. Bu iki yardımı fərqləndirən əsas məqam budur ki, subvensiya yalnız pul formasında ifadə olunur, subsidiya isə eyni zamanda material formaya malik ola bilər, tədris materialları, dərmanlar və s.

Azərbaycanda bələdiyyələrə subvensiyanın ayrılmasına dair hüquqi baza 2014-cü ildə yaradılıb. Həmin il “Büdcə sistemi haqqında” qanuna edilən dəyişiklikdən sonra bələdiyyələr dövlət büdcəsindən məqsədli transfertlər - subvensiya almaq üçün müraciət etmək imkanı qazanıblar. Lakin müraciət mexanizmi yaradılmadığı üçün indiyədək bələdiyyələr bu hüquqdan istifadə edə bilməyiblər. Bu il ilk dəfə bələdiyyələr subvensiya əldə edəcəklər.

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan qanunvericiliyində bələdiyyələrə dövlət yardımının ayrılması nəzərdə tutulur:

“Məqsədsiz büdcə yardımı olan subsidiya uzun illərdir dövlət büdcəsindən bələdiyyələrə ayrılır. Bunun özü də müzakirə olunmalı mövzudur ki, bu dotasiyalar hansı prinsiplərlə verilir. Düzdür, qanunvericilikdə bunun meyarları var, lakin həmin meyarlar faktiki olaraq işləmir. Sadəcə, az olsun, hamıya olsun prinsipi ilə bölürlər ayrılan vəsaiti. Məqsədli maliyyə yardımı qanunvericilikdə olsa da, indiyədək tətbiq olunmayıb. Azərbaycan bələdiyyələrlə bağlı Avropa xartiyasını ratifikasiya edib. Onun da şərtlərindən biri dövlət büdcəsindən bələdiyyələrə məqsədli yardımların ayrılması var”.

Ekspert bildirir ki, bələdiyyələrə subvensiyaların ayrılması dünya təcrübəsində geniş yayılıb:

Avropa ölkələrində məqsədli maliyyə yardımının payı bələdiyyə büdcələrində 50-60 faizdən yuxarı olur. Azərbaycanda isə bu, 10-12 faiz təşkil edir. Subvensiya konkret məqsədlər üçün ayrılır. Bu, ola bilər su xəttinin çəkilməsi üçün, yaxud yol çəkilişi, körpü üçün və sair. Ayrılan subvensiyaların xərclənməmiş qalan hissəsi geri qaytarılır. Bu il bələdiyyələrə subvensiya verirlər, amma onlara ayrılan dotasiyanın həcmi də azaldılıb. Faktiki olaraq, bələdiyyələrə ayrılan ümumi vəsait cəmi 500 min manat artıb. Hesab edirəm ki, 1 milyon manat kifayət qədər aşağı bir məbləğdir. Məndə olan məlumata görə, bu məbləğin 171 min 350 manatı Mingəçevir bələdiyyəsinə ayrılıb. Bələdiyyə bu vəsaitlə bazar tikəcək, ətraf rayonların əhalisinin o bazara cəlb olunması nəzərdə tutulur. Bu, bir bələdiyyənin alacağı vəsaitin təyinatıdır. Qalan vəsaitin hansı bələdiyyəyə və nə üçün ayrıldığını bilmirəm. İstənilən halda vəsaitin ayrılmasını müsbət addım hesab edirəm. Amma gələcəkdə bəzi nüansların nəzərə alınması yaxşı olardı. İlk məsələ subvensiyaların ayrılması mexanizminin aydın olmamasıdır. Yəni mexanizm şəffaf deyil, ictimaiyyətin, vətəndaş cəmiyyətinin bu məsələyə çıxışı yoxdur. İkinci məsələ, meyarlardır. Bələdiyyələrin irəli sürdüyü təkliflərin hansı meyarlarla qiymətləndirildiyi açıqlanmır. Nəhayət, bir məsələ də məbləğin aşağılığıdır. Hesab edirəm ki, bələdiyyələrə daha böyük məbləğdə subvensiyalar ayrılmalıdır. Ölkədə olan bələdiyyələrin sayına nəzər yetirsək, 1 milyon manatın çox cüzi olduğunu görərik. Bu baxımdan, vəsait artırılmalıdır”. (Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar