Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sədr müavini: Vəzifəyə yüksələn qadın haqqında qara piar aparılır

Rəhbər strukturlarda təmsil olunan qadınların sayı azdır

Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, bələdiyyələrdə 10-15 il bundan qabaq dörd faiz qadın var idisə, bu gün bunların sayı 35 faizdir:

“İcra hakimiyyətlərdə müavinlərdən biri qadın təyin olunub. Hazırda cəmi bir qadın icra başçısı var. Amma zaman var idi ki, Azərbaycanda yeddi rayonda icra başçısı qadın idi. Bizə sual verilir ki, niyə rəhbər vəzifədə qadınlar yoxdur? Kadr məsələsi həssas bir məsələdir. Kadr buna yetişməlidir”.

Sədr müavini bildirib ki, bir qadın vəzifəyə yüksələn kimi onun haqqında qara piar aparılır:

“O qara piarı aparan zaman düşünmürlər ki, bu məlumatı bir pilləyə gəlib, çıxan qadın haqqında veririk. Bu məlumatın əsasının olub-olmamasını yoxlamaq lazımdır. Hər bir insan haqqında verilən məlumatın əsası olmalıdır”.

Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusan?
Sədaqət Qəhrəmanova kənd qadınları arasında sahibkarlığın inkişaf etdirilməsi barədə də danışıb:

“Gender bərbərliyi deyəndə iqtisadi inkişafda qadınları və kişilərin birgə işindən söhbət gedir. Bu gün komitə tərəfindən “Kənd qadını” layihəsi aparılır. Layihə çərçivəsində bu cür qadınlara təlim keçirilir və quracağı işə dəstək verilir. Bir dəfə bir qadın öz layihəsini təqdim etdi. Ekspertlərin hesablamasına görə, qadın bu layihə çərçivəsində ayda 1000 manat gəlir qazanacaq.

Amma burada belə bir şərt var idi ki, qadın 200 manat aldığı ünvanlı sosial yardımdan imtina etməli idi. Qadın razılaşmadı. İnsanlarda belə bir psixologiya formalaşıb ki, ölənə kimi ünvanlı sosial yardım almalıyam. Halbuki yaratdığı bizneslə daha çox gəlir əldə edə bilər”.

“Layihəyə 2011-ci ildən Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında başlamışıq. Bu illər ərzində 102 qadın öz biznesinə başlayıb. Altı minə yaxın qadın təlimlərdə iştirak edib”, - deyə sədr müavini qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Amerikalı azıb və bir ay meşədə sərgərdan yaşayaraq sağ qalıb

Ən çox oxunanalar