Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Prezidenti: “Xalqın tələblərinə qarşı mübarizə aparmaq qanuni deyil”

“Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Həsən Ruhani Tehranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi və nazirliyin əməkdaşları ilə keçirdiyi toplantıda bildirib.

O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini etiraf edib: “Göydən bizə səlahiyyət verildiyini və buna görə də yerüzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik, ancaq belə bir nəsnə yoxdur. Allah belə peyğəmbərinə sadəcə olaraq xalqa mesajları ötürməsini əmr etdi. Seçki isə xalqa aiddir.

Yeni texnologiyalarda təhlükələr də var, amma bu texologiyalar xalqın həyatından çıxarılmayacaq. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğrusuz oldu”.

Hicab və başörütsü məsləsinə işarə edən H.Ruhani deyib: “Biz hicab məsələsini ilk olaraq, qadınlara tətbiq edirik. Ancaq "Qurnai-Kərim"də bu məsələ kişilərlə başlayır. Onların gözü ilə baxışına istinad edilir”.

pia.az


Etiket: Həsən Ruhani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay