Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana idxal olunan malların aksiz dərəcələrində dəyişikliklər edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib

Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Həmçinin, dəyişikliyə görə Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq. Qeyd edək ki, hazırda Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır.


Sənədə əsasən, idxal edilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 28 manata qaldırılacaq.Ölkəmizə gətirilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün aksiz vergisi dəyişdirilmədən, yəni 20 manat saxlanılıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Mariya Zaxarova: Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Ən çox oxunanalar