Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli - Foto

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Latviyadakı şirkətləri barədə məlumat vermişdik

Latviyanın hökumət mənbələrində yer alan məlumatlara əsasən Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova, bacısı Duriya Nuriyeva, bibisi qızı Aliyə Nuriyeva, digər qohumu Liana Bağırova bu ölkədə ən iri azərbaycanlı investorlar statusundadır. Onların adına iki şirkət qeydiyyatdan keçib-“Stamina Hospitality Services” və “NORDİC STAMİNA”.

Bu şirkətlərdən birincisi otel, sauna və digər qonaq evlərinin işlətməçiliyi, digəri isə özünə məxsus olan və ya kirayə götürülmüş daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğuldur.

Virtualaz.org internet mənbələrindən müəyyən edib ki, Hüseynqulu Bağırovun ailə üzvləri Liana, Sevinc və Lətif Bağırovların, eləcə də bacısı Duriyyə Nuriyevanın təsisçisi olduqları -“Stamina Hospitality Services” şirkəti Riqada 3 ulduzlu və ailəvi “Annabella Hotel” otelini alıb. Bu oteldə qiymətlər 33 avrodan başlayır.

“Annabella Hotel” Riqanın mərkəzindən-şəhərin tarixi hissəsindən cəmi 7 km. məsafədə yerləşir(Caunes 15, Riga), Riqa aeroportundan isə 20 km. məsafədədir. Otelin 21 otağı var.

Ümumiyyətlə, şirkətlərin profili göstərir ki, Bağırovlar ailəsi Latviyada əsasən daşınmaz əmlaka yatırım edib və onların mülkiyyətində mənzillər, villalar, apartamentlər və digər otellər də ola bilər.

Otellər almaq və digər kommersiya daşınmaz əmlaka yatırım qoymaq digər azərbaycanlı oliqarxlar kimi Hüseynqulu Bağırovun da üstünlük verdiyi yatırım sahəsidir. Bundan əvvəl bloqqer Cavanşir Həsənli keçmiş nazirin Avropadakı otellərini və digər daşınmaz əmlaklarını tapıb üzə çıxarmışdı.

Keçmiş nazirin ailə üzvlərinin xaricdəki aktivləri barədə araşdırmaları davam etdirələcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar