Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Voronenko: "Qarabağa ermənilər nəzarət etmir"

"Əgər Ukraynada keçiriləcək prezident seçkisini Yuliya Timoşenko və ya Yuri Boyko udsa, Ukrayna-Azərbaycan münasibətləri daha yaxşı və dinamik inkişaf etdiriləcək"

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.

“Hər iki siyasətçi praqmatikdir. Onlar bunu piar etməyəcəklər, amma yüz faiz bizim iqtisadiyyatlarımızın qarşılıqlı faydası üçün çalışacaqlar. Doğrudur ki, bu iki siyasətçi fərqli ideoloji baxışa sahibdir, amma bununla belə, onların ikisi də Bakı ilə münasibətlərin inkişafının vacib olduğunu anlayır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Krım və Donbasda baş verənlərin təkrarlanmaması və səhvlərin buraxılmaması üçün Kiyev öz təcrübəsiylə Bakıya yardım edə bilər.

O, həmçinin, Qarabağ məsələsinin 2019-cu ildə həll ediləcəyinə inanmadığını söyləyib:

“Bəzi nüanslar var ki, buna xüsusi ümid bəsləməyə imkan vermir. ABŞ çalışacaq belə işlərə daha az müdaxilə etsin, Rusiya isə öz mövqelərini əldən buraxmaq istəməyəcək. Ermənistan hər zaman Moskvanın təsiri altında olub. Orada nə baş verməyindən asılı olmayaraq, hər şey Rusiyanın nəzarətindədir. Rusları nə isə razı salmırsa, İrəvan dərhal silkələnir.

Məsələ ondadır ki, İrəvanın özü Qarabağı nəzarətdə saxlamır. Anlamaq lazımdır ki, onlara bu nəzarət üçün böyük dəstək lazımdır. Siyasi və iqtisadi baxımdan onlar tam olaraq Rusiyanın nəzarətindədirlər. Ona görə də Ermənistandakı dəyişikliklər birbaşa Rusiya ilə bağlıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay