Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğulan uşaqların çoxu niyə oğlandır?

Hər il dünyada doğulan körpələr arasında oğlanlar çoxluq təşkil edir. Görəsən, niyə?

Əslində, statistik göstəricilərə əsasən, doğulan hər 105 oğlana orta hesabla 100 qız uşağı düşür.

Bu tendensiya dünyanın bir çox yerlərində eynidır. Ancaq Çin və Hindistan kimi ölkələrdə bu fərq daha çoxdur, çünki həmin ölkələrdə oğlan uşağının doğulmasını istəyənlərin sayı daha yüksəkdir.

Oğlan və qız uşaqlarının doğulmasında nisbət fərqi tam başa düşülməyib, lakin bu məsələyə dair bəzi nəzəriyyələr mövcuddur.

Təkamül prosesi

Birinci nəzəriyyə təkamül prosesinə söykənir - həmin nəzəriyyəyə görə yetkinlik yaş dövründə oğlanlarla qızların sayının təxminən bərabər olması üçün doğulan uşaqlar arasında oğlanların sayı daha çox olmalıdır.

Bu kişilərin həyat boyunca daha çox risk altında olmaları ilə izah edilir.

Bunun izahı oğlanların, kişilərin bütün yaş intervallarında daha çox risk altında olmaları ilə bağlıdır.

Yəni hər bir yaş diapazonunda kişilərin müxtəlif amillər səbəbindən - müharibələr, xəstəliklər, intiharlar və bu kimi digər səbəblərdən ölmək ehtimalı daha yüksəkdir.

Oxford Universitetinin statistika kafedrasının professoru Daivid Steinsaltzs deyir: "Hər yaş diapazonunda kişilər arasında ölüm halları daha çox olur".

Sperma və zaman amili

Yumurta hüceyrəsinin Y və ya X xromosomunu daşıyan spermlə mayalandırılması da daxil oğlan və ya qızın doğulacağı bir sıra bioloji amillərdən asılıdır.

Digər faktorlar arasında valideynlərin yaşı, stress durumu, qadının ovulyasiya təqvimi, qidalanma və cinsi əlaqənin nə vaxt baş verdiyi kimi amillər də var.

Qeysər kəsiyi "asan çıxış yolu deyil"

Bu amillərə söykənən nəzəriyyəyə görə, ata ilə ana arasında cinsi əlaqə ovulyasiya vaxtından bir neçə gün əvvəl olursa, bu zaman qız uşağının doğulacağı ehtimalı böyüyür.

Oğlan uşağının doğulmasına səbəb olan sperma hüceyrələri daha sürətli, lakin qısaömürlü olur, qızların doğulmasına səbəb olan sperma hüceyrələri isə əksinə - aşağı sürətli və daha uzunömürlü olurlar.

Alimlər bu nəzəriyyənin dəqiqliklə işlədiyini sübut edən amillərin elə də çox olmadığını vurğulayırlar.

Daha bir nəzəriyyəyə əsasən, stress səviyyəsi yüksək olan valideynlərdə qız uşağının doğulması ehtimalı daha yüksək olur, digər tərəfdən isə, həmin nəzəriyyə çərçivəsində qeyd olunur ki, müharibələr və münaqişələr dövründə oğlan uşaqları daha çox doğulur.

Ana bətnində sağ qalmaq

Cinsi əlaqə üçün uyğun vaxt seçilmirsə, daha hansı fərqli amillər nəzərə alınmalıdır?

Əgər oğlan və qız cinsli döllərin əmələ gəlməsi ehtimalı təxminən bərabərdirsə, onda nəzərə alınmalıdır ki, ana bətnində qız cinsli dölün ölməsi ehtimalı daha yüksək olur.

Bəzi araşdırmalara görə, hamiləliyin ilk aylarında ana bətnində daha çox qadın cinsli döllər ölə bilər.

Ancaq digər tədqiqatlara görə, sonrakı dövrlərdə kişi dölləri daha böyük riskə məruz qalır, amma ümumilikdə götürəndə oğlan uşaqları qız uşaqlarına nisbətdə daha çox doğulurlar. (BBC)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar