Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deməli onlar Qazax tərəfdən bir briqadanı götürüb Qarabağa yönəldəcəklər...”

Azərbaycanın Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarının bölmələrini yerləşdirməsinə Yerevandan şərhlər gəlməkdə davam edir

Bu dəfə 90-cı illərin əvvəllərində Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov bu hadisə barədə öz fikirlərini jurnalistlərlə bölüşüb.

Kəşfiyyatçı Vova deyir ki, hazırda Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur. “Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparırlar. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər”-Vova Vartanov belə deyib.

Azərbaycanın sərhəd qoşunlarını Ermənistanla sərhədin QazaxAğstafa istiqamətinə yerləşdirdiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. O bildirib ki, Ali baş komandanın bu əmri sərhəd qoşunlarının yüksək döyüş hazırlığına və təchizata malik olmasının nəticəsidir.

Azərbaycanın sərhəd qoşunları ağır və yüngül zirehli texnika, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə vasitələri və müxtəlif artilleriya sistemləri ilə təchiz edilmiş, tammiqyaslı döyüş əməliyyatları həyata keçirən qoşun birləşməsidir. Bu baxımdan kəşfiyyatçı Vova tamamilə düz deyir ki, Azərbaycanın sərhəd qoşunları Ermənistanın sərhəd qoşunlarından fərqlənir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

ABŞ-nin iki ştatında təhlükəli virusa görə komendant saatı tətbiq edilib

Bu ölkədən vətəndaşlarına xəbərdarlıq: Rusiyaya getməyin!

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar