Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın baş naziri Nikol Paşinyanın “Yer kürəsinin o biri üzü” romanından

“Torpaqları qaytarmağa hazırıq – sülh naminə”

Ermənistanda üfüq yoxdur, Ermənistanda düzənlik yoxdur, Ermənistanda baxışlarını yönəldə bilməzsən, Ermənistanda sənin baxışın sənə yetərli görünür, çünki hara baxırsan-bax, amma nəsə görərsən. Ermənistanda hüdudsuzluğu görmək üçün yalnız bir yön var – yuxarı, səmaya baxmaq, lakin bu sonsuzluq sənə gerçək görünmür, çünki bu sonsuzluq istiqamətində gedə bilməzsən, bu sonsuzluğun hara kimi uzandığını yoxlaya bilməzsən. Sonsuzluğun təxminən harada bitdiyini biləndə o, xalisə dönür.

Ağdam yadıma düşdü. Övladlarım dağıdılmış evlərin arasında dolaşırdılar, arvadımla mənsə təpədə durub şərqə baxırdıq. Bu, qəribə bir duyum idi: sahibi və qoruyanı erməni əsgərinin olduğu torpaqda durmuşuq və bu torpaq düzənlik, əsil düzənlikdir və sonsuzluq buradan görünür. Biz şərqə baxırıq və mənə elə gəlir ki, baxışım Pamir dağlarına dirənir. Mən burada, qanıbir həmvətənlərimin arasında durmuşam, bura erməni qanunları işləyir, bura düzənlikdir və baxışım Pamir dağlarına dirənir. Və mən xəcalət çəkirəm ki, bu savaşa qatılmamışam. Arvadımla eyni şey haqda düşünürük, amma bunu sözlə deməyə cürət etmirik. Ən nəhayətdə, o daha ürəkli çıxır və deyir:

-Bu torpaqları Azərbaycana necə qaytarmaq olar?

Qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə-bazar günləri isə özümüz deyirik: düşmənə bir qarış torpaq da vermək olmaz. Nədir bu? Yalan? Daha çox ağılla qəlbin çarpışması. Ürək istəyir, arzulayır ki, düzənlik onun olsun, Pamir dağları baxışımın altında çiliklənsin. Ağıl isə deyir: hissəyə görə bütövü təhlükəyə atmaq olmaz və ən azı, bildirmək, bərkdən bildirmək gərəkdir ki, bu torpaqları qaytarmağa hazırıq – sülh naminə.

Və biz qayıdırıq: düzənlik bitir, deməli, Ermənistan başlanır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qırımzı avtobus hər səhər saat 7-də İcevan bazarının qarşısından yol götürərək Qazaxa yollanırdı. Biz atamla bazar günləri Qazax su anbarına balıq tutmağa gedirdik. Bax, Sovet Ermənistanı burada qurtarır və Sovet Azərbaycanı başlanır. Və mən belə də başa düşə bilmirəm ki, təbiət insanın çəkdiyi sərhədlərə necə uyğunlaşa bilər? Necə olur ki, sərhədin bu yanında bir cür təbiət, o biri üzündə isə başqa bir təbiət var? Axı sərhədləri insanlar çəkir, təbiət isə hədd tanımır? Sonradan kənd sakinlərilə söhbətdən sonra anlayıram ki, təbiət sərhədlərə deyil, biz təbiətə uyğunlaşmışıq. Kəndin qocaları deyirlər: “Bizi kim hədələyir-hədələsin, bir anda bu dağlara səpələnirik”. Və bunu sakitcə, çox sakit edirlər, elə bil, belə də olmalıymış. Bu Ermənistan faktiki olaraq vətən deyil, gizlənmək, daldalanmaq üçün yerdir. Adamlar da buna görə burada sanki gizlicə, daldada yaşayır, evdə isə özgə sayaq danışırlar.

Bəs Ağdam? Ağdamla bağlı nə baş verdi? Bu sualın cavabı lap aydın və anlaşılandır: Ermənistanda adamlar öz evlərindən çıxdılar, adamlar hansısa bir anda, cəmi bir neçə il qabaq gizlənməyi tərgitdilər və budur, onların baxışları üçün genişlik yarandı.

Mən martın 1-də səhər Azadlıq meydanından xəlvətcə qaçdım. Azadlıq meydanı mənə Ağdam kimi göründü, Bahramyan prospektində düzənlik qurtarır və yoxuş, dağlara diklənmə başlanır. Və bir də kimsə hədə-qorxu gəlir və biz yenə də qaçırıq, dağlara qaçırıq.

Allah elməsin, burada problem ermənidə və türkdə deyil. Problem hüquqdadır, qanunsuzluğun qaba gücünün, sırtıqlığın qarşısında geri çəkilməkdədir, problem yüksəlməkdədir, problem qalxmaq bacarığındadır, problem öldürmək və öldürülməyə hazır olmaqdadır.

Biz martın 1-də döndük və qalxdıq. Qalxa biləcəyimizi sübut etmək üçün mümkün olan qədər qalxdıq. Erməni xalqı martın 1-də qaçmadı, erməni xalqının martın 1-də sübut etməyə nəyisə vardı. O, sübut etdi və evə getdi. Lap çox sübut edə bilərdi, amma qarşıda duran yad olduğuna baxmayaraq, düşmən deyildi; yad olduğuna baxmayaraq, qardaşımız idi. Martın 1-də bizə qarşı duran deyil, onu bizi öldürməyə vadar edən düşüncə yad idi. Martın 1-də düşmən görünmürdü, bu düşmən içimizdəydi və biz bu düşmənə qalib gəldik.

Mən indi oxuyuram və təəccüblənirəm: öyrənirəm ki, bizi Amerika yönəldib, öyrənirəm ki, bizi Avropa yönəldib, öyrənirəm ki, bizi cuhud mason gücləri, Soros yönəldib. Oxuyuram … və əlimdəki stəkanı divara çırpıram.

Tüpürüm sənin Amerikana, tüpürüm sənin Avropana, hamısına bir yerdə və hər bir ölkəyə ayrı-ayrı, tüpürüm sənin Rusiyana, tüpürüm sənin cuhud masonlarına da, Sorosa da üstəlik. Kimdir o bəxtəvər ki, bizi yönəldə bilib?..(Tərcümə Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar