Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ konqresmeni: “Amerikaya jurnalistləri qətlə yetirən müttəfiqlər lazım deyil”

“Amerikaya jurnalistlərə işgəncə verən, onları qətlə yetirən müttəfiqlər lazım deyil”

Bunu “Newsweek” dərgisində Demokrat konqresmen Eric Svalvell yazır: “Səudiyyə monarxiyası jurnalist Camal Xaşuqci Türkiyədəki konsulluqda dindirilən zaman başına nə gəldiyini dünyaya açıqlamağa hazır görünmür. Amerika jurnalistlər və tənqidçilərə qarşı avtoritar zorakılığa qarşı dərhal və qətiyyətlə hərəkətə keçməlidir. Prezidentimiz xəbər mediasına ‘xalqın düşmənləri’ kimi hücuma keçdiyindən Konqres insan haqları və azad mətbuatın müdafiə üçün addım atmalıdır”, – konqresmen yazır.

“Tramp ona sual verməyə cəsarəti çatan istənilən şəxsə nifrət edir, lap heyran olduğu qoluzorlu despotlar Vladimir Putin və Kim Çen In kimi. Elə onun jurnalistləri daim qaralaması, eyni zamanda amerikalı jurnalistlərə fiziki hücumların artması məni bu il Jurnalistlərin Qorunması Aktını hazırlamağa sövq etdi”, – yazan müəllifin fikrincə, Trampın jurnalistin itməsiylə bağlı tutduğu mövqe onun bu məsələyə biznes kimi yanaşdığını göstərir. Axı, Səudiyyə Ərəbistanı ABŞ-dan xeyli silah alır…

“Ancaq prezident eləməsə belə, Konqres azad mətbuat və insan haqlarının müdafiəsinə qalxa bilər. Artıq hər iki partiyadan konqresmenlər prezidenti 2016-cı il Qlobal Magnitsky Aktını işə salmağa çağırıb. Bu akt dünyanın istənilən yerində insan haqları pozuntuları, yaxud böyük korrupsiyaya yol verənlərə viza qadağası, sanksiyalar tətbiq etməyə imkan verir”, – konqresmen vurğulayıb. (Azadlıq Radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar