Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə varis şahzadənin boğazını ələ keçirir

Xaşuqci cinayətinin istintaqı Ankaranın əlini xeyli gücləndirəcək

Hasan Basri Yalçın

“Sabah”, Türkiyə, 18 oktyabr 2018-ci il

Mövqelər müəyyənləşməyə başlayıb. Səudiyyə Ərəbistanının qaçmağa yeri qalmayıb. ABŞ xərac almaq üçün yola çıxıb. Uyğun bir qiymət qarşılığında baş verənləri görməməzlikdən gələ biləcəyini hiss etdirib.

Pompeonun səfərilə müzakirələr başlayıb. Əgər Səudiyyə ƏrəbistanıABŞ normal şərtlərdə baş-başa qalsaydı, indiyədək bir anlaşma əldə edilərdi və Xaşuqci hadisəsinin üstü çoxdan örtülərdi. Həriri məsələsinin üstünün necə qapadıldığına bir baxın. Kral ailəsinə olanlara baxın.

Ancaq bu dəfə üçüncü bir göz var. Və ikisi baş-başa qala bilməyib. Türkiyə Səudiyyə Ərəbistanını cinayət üstündə yaxalayıb. Əlində ciddi dəlillər var. ABŞ təkbaşına hadisənin üstünü örtə bilməz. Türkiyə dəlilləri ortaya qoyduğu andan etibarən, Tramp administrasiyası da çətin vəziyyətdə qala bilər.

Pompeo da bu üzdən yola çıxıb. Nəbz tutmağa gəlib. Səudiyyə Ərəbistanının özünü müdafiəsini və təklifini dinləyib. Şahzadə isə puluna güvənir. Məsələnin üstünün qapadıla biləcəyini düşünür. Ancaq bu dəfə qiymət yüksək olacaq. Önəmli olanı nə qədər yüksək olacağıdır. Çox yüksəyə çıxarsa, Şahzadə özünəinamın dozasını itirə bilər. Onsuz da bunun işarələrini verir. Məsələn, Səudiyyə Ərəbistanı Pompeonun səfəri öncəsi təhdid dilindən istifadə etməyə başladı. Dünya iqtisadiyyatını çətinə sala biləcəyinə və neft qiymətlərini yüksəldə biləcəyinə eyham vurdu. Bunda həqiqət payı var. Əgər Səudiyyə Ərəbistanı bu tədbirləri almağa başlayarsa, ABŞ-ın və dünya iqtisadiyyatının canını yandıra bilər. Amma öldürə bilməz.

Lakin bunun sonu onun özü üçün ölüm olar. Çünki Şahzadə ancaq ABŞ-a pul ödədiyi müddətcə qiymətlidir. Əgər təhdid etməyə başlayarsa, yerinə yenisini gətirərlər. O da pul ödəyər. Həm də daha çox ödəyər. Sadəcə bir az zamana və cəhdə ehtiyac olar. Bu üzdən Şahzadənin öz şansını çox da zorlamayacağını düşünürəm. Təhdid edər, ancaq günün sonunda təşviqedici təklif edər.

Ancaq Şahzadənin başqa bir dərdi – Türkiyə var. Şahzadə ABŞ-la iş görməyə alışıb, lakin Türkiyə ilə indiyədək elə də isti davranmadığı ortadadır. Normal şərtlər altında belə bir kəşfiyyat fəaliyyətini Türkiyənin üstünə yıxmağı sınaya bilərdilər. Ancaq Türkiyə çox hazırlıqlı çıxdı. Səudiyyə Ərəbistanı cinayət üstündə yaxalanınca, Türkiyənin əleyhinə ola biləcək bir hadisə Ər-Riyadı Ankaranın cənginə keçirdi.

Diqqət edirsinizsə, Türkiyə əlində olanları tez-tələsik ortaya tökmür. Həm əlini möhkəmləndirir, həm də öncə qarşı tərəfin hərəkətə keçməsini gözləyir. Müşahidə edəcək və ona əsasən bir mövqe tutacaq. Pompeonun səfəri bu işin birinci turudur. Başqa, fərqli səfərlər də görəcəyik. Bu arada Türkiyə istintaqı dərinləşdirəcək.

Ancaq belə iddialar da səsləndirilir ki, Türkiyə bir fürsət yaxalayıb və bundan istifadə etməlidir. Məlumat və sənədləri tez-tələsik ortaya tökərək, işi beynəlxalq məhkəməyə verməyi təklif edənlər var. Bunlar son dərəcə yanlış fikirlərdir. Hirslə hərəkət etməməliyik. Salmanın bizə düşmənçilik etdiyini bilirik. Ancaq intiqam hissi ilə hərəkət etmək olmaz. Təbii, əlimizdə bir fürsət varsa, bundan istifadə etməliyik, lakin onun yolu beynəlxalq məhkəməyə müraciət etmək deyil. Əksinə, işin belə bir quruma verilməsi hesab soruşmaq şansının əlimizdən alınması anlamına gəlir.

Türkiyə bu işdə ən əlverişli durumda olan tərəfə çevrilib. Bunu fürsətə çevirərək, həm ədaləti, həm də milli maraqlarını təkbaşına, öz gücü və səlahiyyətilə müdafiə edəcəkdir. Diplomatik müzakirələrdə açıq olmaq faydalıdır. Ancaq sonadək beynəlxalq qurumlardan qaçınmaq lazımdır.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar