Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Qaraşovun oğlundan bahalı alış-veriş... - Sərgiyə dünən çıxmışdı...

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirib

Almaniyanın lüks avtomobil istehsalçısı "Audi”nin "Q” seriyasından ən son model olan "Audi Q8” avtomobili ilə paytaxt küçələrində şütüyən F.Qaraşov yenidən gündəmə gəlib. 32 yaşlı sabiq məmur oğlu Bakıda yeni təqdim olunan lüks avtomobilə sahib olması ilə tarixə düşüb. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Audi Q8-in Bakıda təqdimatı baş tutub. Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Ötürmə – daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 6 saniyəyə çatır və maksimum sürət 232 km/saatdır. 4,99 metr uzunluğunda, 2 metr yüksəklikdə və 1,71 metr axın aralığına malik 3 metrə qədər olan avtomobil, Q7-dən daha qısa və aşağı bir dizayna malikdir, lakin həm də daha geniş dizayn və qabağ tamponda qəbul edilmiş qərarlar vasitənin daha böyük olduğunu göstərir. Yeni Audi Q8 avtomobilinin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır.

Xatırladaq ki, F.Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.

Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hədisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. . Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.(A24.az )

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Ən çox oxunanalar