Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dakı küçəyə “Artsax” adı verilməsinə Bakıdakı səfirlikdən reaksiya 

“ABŞ-da yeni bir küçəyə ad verilməsi və ya mövcud bir küçənin adının dəyişdirilməsi ümumiyyətlə, yerli hökumət orqanlarının səlahiyyətlərinə aiddir və bunun mərkəzi hökumətə heç bir aidiyyatı yoxdur”

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti Musavat.com-un sorğusuna cavab olaraq bildirib. Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib. Həmin şəhərin “Merliend” adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq “respublika”ya verdikləri ada uyğun olaraq “Arsax”adlandırılıb. Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota da təqdim etmişdi.

Prospekt Uilson və Harvard küçələri arasında yerləşir. Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.

Bu günlərdə erməni mediasının bu xəbəri tirajlamasına həm də separatçılara “ithaf olunmuş” prospektdən görüntülərin yayılması bəhanə olub.

Ancaq Bakıdakı ABŞ səfirliyi bu məsələnin rəsmi Vaşinqtonun mövqeyini əks etdirmədiyini bildirdi. Səflirliyin açıqlamasında daha sonra deyilir: “Bu səviyyədə qəbul edilən hər hansı bir qərar Birləşmiş Ştatların Dağlıq Qarabağın statusunu və ya münaqişənin sülh yolu ilə həll edilməsi üçün davam edən səyləri ilə bağlı mövqeyini dəyişmir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən gücün tətbiq edilməməsi, güclə təhdid edilməməsi, ərazi bütövlüyü bərabər hüquq və xalqların öz müqəddəratını təyin etməsinə əsaslanaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq qalıb”.

pia.az


Etiket: ABŞ Artsax

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar