Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanlı kəndində başçının səyyar qəbul-görüşü olub

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd ağsaqqalı Yığbal Həsənov qəbula gələnləri salamlayaraq bildirib ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su, yol sarıdan korluğumuz yoxdur. Yolumuzun asfaltlanması gediş-gəlişimizi asanlaşdırıb. Bunun üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizddəki köhnə elektrik dirəkləri yenisi ilə əvəz olunsa, daha yaxşı olar.

Sonra kənd sakinləri Mahir Abbasov kənddə yeni subartezian quyusunun qazılması, Nəsib Quluyev kənddaxili yolların asfaltlanmasına ehtiyac olduğunu bildiriblər. Rza Əhmədov isə təsərrüfatının suvarılması ilə bağlı müraciət edib.

Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri diləyib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar