Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Silikon vadisi” casus yuvasına çevrilib – elit fahişələrlə informasiya ovu  

Böyük dövlətlərin kəşfiyyatçıları indi bir-birlərindən texnologiya oğurlamaqla məşğuldurlar

Kaliforniya ştatında yerləşən, dünyanın ən yeni texniki nailiyyətlər və innovasiyaların mərkəzi sayılan, daha çox “Silikon vadisi” kimi tanınan məkan indi casus oyunlarının, texnologiya və ticarət ovçularının, habelə kəşfiyyatçıların məskəninə çevrilib.

ABŞ-ın “Politico” saytının yazarı Zak Dorfman bununla bağlı xüsusi yazı qələmə alıb.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşlarının söylədiklərinə görə, burada fəaliyyət göstərən xarici agentlər ənənəvi mənada qəbul olunan casuslar kimi hərəkət etmirlər. Bu isə ABŞ əks-kəşfiyyatının işini xeyli çətinləşdirir. Həmin adamlar səfirlik və ya konsulluqlarda diplomatik kimlik altında gizlənmir, daha çox öz fəaliyyətlərini hansısa biznesmen kimi quraraq, elmi institutlarda, araşdırma mərkəzlərində, elmi-istehsalat müəssisələrində kəşfiyyata çıxırlar. Xüsusilə Çin agenturası ABŞ-da çalışan və təhsil alan vətəndaşlarını zor və hədə-qorxu yolu ilə texnoloji informasiyaları oğurlamağa vadar edir”, - məqalədə yazılıb.

“Əgər biz rusların və çinlilərin ABŞ-a qarşı casus oyunlarını genişləndirdiyi dünyanı anlamaq istəyiriksə, diqqətimizi San-Fransiskoya yönəltməliyik”,- Dorfman yazır.

Müəllif rusların hələ soyuq müharibə illərində San-Fransiskoda yerləşən texnologiya vadisinə maraq göstərdiklərini qeyd edir. Lakin o dövrdə SSRİ-ni əsasən hərbi obyektlərlə bağlı informasiyalar maraqlandırırmış.

Rusiya ilə bağlı yeganə rahat olduğumuz dövr Qorbaçovun vaxtında olub. Lakin Putin gələndən eyni kabus geriyə dönüb”, - keçmiş əks-kəşfiyyatçı Lari Kuay müəllfiə bildirib.

Onun sözlərinə görə, rus casusları indi diqqətlərini daha çox qiymətli, yüksək texnologiyalara yönəldiblər. Ruslar öncə bu məqsədlə San- Fransiskoda yerləşən konsulluqdan kəşfiyyat mərkəzi kimi istifadə ediblər. Lakin konsulluq Tramp administrasiyasının 2017-ci ilin sentyabr aynda aldığı qərarla qapadııb.

Buna rəğmən Rusiya xüsusi xidmət orqanları hər zaman olduğu kimi alternativ yollardan istifadə edir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Keçmiş kəşfiyyatçıların söylədiyinə əsasən, belə potensial mexanizmlərdən biri də “Rusnano USA” şirkətidir. Bu, Rusiyanın dövlətə aid “Rosnano”korporasiyasının ABŞ-dakı törəmə müəssisəsi sayılır. Bu şirkət 2011-ci ildə təsis olunub və nə hikmətdirsə, ABŞ-ın ən məşhur təhsil ocaqlarından sayıln Stenford universitetinin düz yanında yerləşir.

“Politico”ya danışan kəşfiyyatçılar “Rusnano USA”-nın əsas fəaliyyətinin təkcə texnologiyaları oğurlamaqdan ibarət olmadığını, həmçinin “Silikon vadisi”ndəki vençura (elmi-texniki və texnoloji sahədə fəaliyyət göstərən-red.) şirkətlərə öz adamlarını daxil etmək niyyətini daşıdığını bildirib.

Keçmiş kəşfiyyatçı rusların ənənəvi metodlardan istifadə etdiyini vurğulayır. Belə ki, bu məqsədlərlə rus casusları Rusiyadan və Şərqi Avropadan gətirilən elit fahişələrin köməyindən yaralanırlar. Qədim peşə sahibləri texnologiya şirkətlərinin rəhbərlərini asanlıqla lazım olan informasiya mənbəyinə çevirməyi bacarırlar.

ABŞ kəşfiyyatı rus casuslarının bahalı bar və gecə klublarının seks işçilərini bu məqsədlə çalışdırdıqlarını müəyyən ediblər. Bunların içində texnologiya firmalarının yanında yerləşən və olduqca lüks sayılan “Rosewood Sand Hill” otelini, “Clift” adlı otelin içində fəaliyyət göstərən “Redwood Room” adlı barı göstərmək olar.

Agentlər Çinin bu sahədə xüsusilə təhlükəli olduğunu vurğulayırlar. Çinlilər ruslara nəzərən daha az mərkəzləşdirilmiş strategiya izləyirlər.

Çin öz hədəfinə nail olmaq üçün əhalinin geniş ehtiyatlarından, o cümlədən biznesmenlərdən, qatı millətçilərdən, tələbələrdən istifadə edir.

Vadinin əsas qurdlarının Rusiya və Çin olmasına rəğmən burada Cənubi Koreya, İsrail və Fransa kimi ABŞ-a müttəfiq sayılan ölkələrin də kəşfiyyatçıları olduqca aktivdirlər.

Lakin ən maraqlısı ondan ibarətdir ki, iqtisadi casusluqla bağlı işlər bir çox halda məhkəmə mübahisəsinə gedib çıxmır. “Hər hansı şirkət adının belə işlərdə hallanmasını istəmədiyi üçün, məhkəmə yoluna baş vurmaqdan boyun qaçırır”, - FTB-nin keçmiş agenti Lari Kuay müəllifə şikayətlənib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar