Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada ayrıca sərhəd polisi yaradılacaq


İyulun 12-də Avstriyanın İnnsbruk şəhərində Avropa İttifaqı ölkələri daxili işlər və ədliyyə nazirlərinin qeyri-formal toplantısı keçirilib


AzərTAc xəbər verir ki, Avstriyanın Aİ Şurasına sədrliyi dövründə baş tutan ilk geniş tərkibli nazirlər toplantısında əsas müzakirə mövzusu Avropanın xarici sərhədlərinin qorunması, qaçqın və miqrasiya problemləri olub.

Avstriyanın daxili işlər naziri Herbert Kikl birgə mətbuat konfransında bildirib ki, hal-hazırda Aİ daxilində qaçqınlar və miqrasiya məsələlərində yaranmış dinamikadan istifadə edərək, mühüm qərarların qəbulu üçün zaman yetişib. O, qaçqın və miqrasiya problemlərinin bir çoxları tərəfindən Aİ-nin gələcək aqibətini həll edəcək suallar kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.

Əsas məqsədin Şengen məkanını xilas etmək və Avropa ölkələri arasında sərhəd nəzarəti olmadan gediş-gəlişin tam şəkildə bərpa olunmasına çalışmaq olduğunu vurğulayan nazir bunun üçün böhranlara davamlı xarici sərhəd mühafizəsi və qaçqın qəbulu sisteminin mövcudluğunu əsas şərt kimi qeyd edib.

Nazirlərin toplantısında Aİ sərhəd mühafizəsi agentliyinin (FRONTEX) səlahiyyətlərinin gücləndirilməsi, müvafiq mandat və büdcə ilə təmin edilməsi barədə razılıq əldə edilib.

Avropa İttifaqının daxili işlər üzrə komissarı Dimitris Avramopoulus isə qeyd edib ki, 2020-ci ilədək Aİ sərhəd polisi 10 min əməkdaşı əhatə edən ayrıca bir quruma çevriləcək. Eyni zamanda qaçqınların mənşə və tranzit ölkələrində də qaçqın axınını dayandırmaq üçün müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar