Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq”


"Yenidən valyuta bazarlarında gərginlik var, bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlarda müşahidə olunur. Rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır"


PİA.AZ xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib:

"Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yalnış siyasəti ilə izah etmək olar. Diqqət edin. Gömrük məlumatlna görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar, ondan qeyri-neft ixracı 584 milyon 500 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə də adambaşına son 6 ayda ümumi ixrac 402 dollar, qeyri-neft bölməsinin ixracı isə 61,5 dollar olub. Ölkənin orta aylıq ümumi ixracatı 636,8 milyon, qeyri-neft ixracatı 97,4 milyon dollara bərabərdir. Deməli, əgər neft və qaz gəlirləri olmazsa milli iqtisadiyyatın indiki potensialı ilə valyuta gəlirlərimiz aylıq 100 milyon dollardan da aşağı düşərdi. 

Halbuki, bu ilin ilk 6 ayında ölkəyə idxal mallarını gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib. Göründüyü kimi, ixracatdan əldə edilən valyuta gəlirləri heç idxalı maliyyələşdirməyə belə yetərli deyildir. Unutmayaq ki, bundan başqa dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə olaraq valyuta qazanılmalıdır. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, inovativ mal və xidmət istehsal etmək lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsindən asılıdır. İqtisadiyyatın modernləşdirilməsi üçün isə ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır. Təəssüf ki, bu hədəflərə qısa zaman çərçivəsində nail olmaq mümkün deyildir. Bu müddətdə manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq. Ona görə də vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Ötən gün polislər belə güllələnib - Anbaan video

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Ən çox oxunanalar