Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiyada Bakı haqqında kitab çıxdı

Serbiyanın paytaxtı Belqrad şəhərində müəllifləri Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərgiz Məmmədova və Azərbaycanın incəsənət xadimi Bəhram Bağırzadənin“BAKU” adlı kitabının təqdimatı keçirilib


Modern.az xəbər verir ki, kitabda paytaxtımızın qədim və müasir, eyni zamanda zəngin memarlıq irsini tərənnüm edən şəkillər əks olunub. Təqdimat zamanı N.Məmmədova kitabdan söz açaraq, Azərbaycanın zəngin mədəniyyətindən, qədim tarixindən  və müasir dövrünün nailiyyətlərindən danışıb.

Təqdimat mərasimində “Admiral books” nəşriyyat  evinin direktoru Zoran Rapayiç kitabın müəllifləriylə əməkdaşlıqdan danışıb, tanınmış serb şairə Militsa Liliç Yeftimiyeviç Bakı şəhərinə həsr olunmuş və hazırkı kitabda yer almış öz şeirini səsləndirib.

Tədbirin sonunda qonaqlara müğənni Rəşid Behbudovun Bakı haqqında mahnılarının müşayiəti altında kitabın videoprezentasiyası təqdim edilib və serb müğənni İvana Muncanın ifasında “Sarı gəlin” mahnısı səsləndirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları, Serbiya parlamentinin deputatı, Serbiya-Azərbaycan parlamentarası dostluq qrupunun üzvü Dragomir Kariç, Beynəlxalq İctimai Siyasət Mərkəzinin direktoru Mişel Zubenitsa, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, və diqər ziyalı şəxslər iştirak ediblər.

Tədbir Serbiya mətbuatında geniş işıqlandırılıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Ötən gün polislər belə güllələnib - Anbaan video

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Ən çox oxunanalar