Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Baydenlə bütün fikir ayrılıqlarını həll edəcəyinə ümid edir

İsrailin baş naziri Baydenlə problemlərin və fikir ayrılıqlarının öhdəsindən gələ biləcəyinə inanır...

Poliqon xəbər verir ki, yəhudi dövlətinin lideri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı əməliyyata başlanacağı təqdirdə Vaşinqtonun İsrailə silah tədarükünü dayandıracağı barədə açıq xəbərdarlığından sonra ABŞ prezidenti Co Baydenlə bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.

“Mən Co Baydeni 40, bəlkə də daha çox ildir ki, tanıyıram. Bizim də fərqlərimiz var idi və biz onları aradan qaldıra bildik. Ümid edirəm ki, biz problemlərin və fikir ayrılıqlarının öhdəsindən gələ bilərik”, deyə İsrail lideri Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində deyib.

“Ölkəmizi qorumaq üçün nə etmək gərəkirsə, edəcəyik və bu, gələcəyimizi qorumaq deməkdir, deyə Netanyahu Rəfah şəhərindəki vəziyyətə toxunaraq bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə ABŞ İsrailə silah tədarükünü dayandıracaq. Həmin gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir. Ostinin açıqlamalarından belə çıxır ki, xüsusən də yüksək güclü aviabombaların tədarükü dayandırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay