Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazirin məntiqi ilə biz problemləri çözməməliyik ki, korrupsiyaya yol aça bilər” - Deputat

“Ölkəmiz üçün çox üzüldüm onun fikirləri ilə tanış olanda. O, üç səbəb göstərir. Birinci səbəb kimi qeyd edir ki, çox vəsait tələb olunur, təqribən 3.3 milyard manat. İkinci səbəb kimi 2045-ci ilə qədər demoqrafik vəziyyətin stabil qalacağının proqnozlaşdırıldığını deyir. Üçüncü səbəb kimi isə meyarların müəyyənləşdirilməsinin çətin olduğunu və uşaq pulu verilərkən neqtiv halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulayır”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsinin səbəbləri barədə izahatına münasibət bildirərkən deyib.

“AzPolitika.info” xatırladır ki, nazir Sahil Babayev bu gün redaktorlarla görüşündə bu barədə sualı cavablandırıb. Q.Həsənquliyevin də qeyd etdiyi kimi, nazir uşaqpulunun verilməməsinin səbəbi kimi 3 “arqument” irəli sürüb.

 

Deputat hesab edir ki, S.Babayev ümumiyyətlə uşaqpulu məsələsinin mahiyyətini anlamır: “O, fərqində deyil ki, "uşaqpulu" müavinəti demoqrafik vəziyyətə görə yox, bütün sivil ölkələrdə uşaqların normal qidalanması, isti geyinməsi, minimal səviyyədə "ləyaqətli həyat standartları" ilə təmin olunması üçün verilir. Mən parlament müzakirələri zamanı da söyləmişdim ki, əgər maliyyə imkanı yoxdursa ki, uşaqlara nazirin dediyi kimi 18 yaşına qədər müavinət verilsin, onda yaş həddini 10-a endirmək olar, yəni ibtidai sinfi bitirənə qədər aztəminatlı ailələrə uşaq pulu vermək olar. Həm də vacib deyil 100 manat məbləğində verilsin. Bu rəqəm iki dəfə azaldıla bilər və ümumi məbləğ bir milyard manatdan da az olar. Amma bununla çoxuşaqlı və aztəminatlı ailələrə böyük yardım etmiş olarıq”.

Q.Həsənquliyev hesab edir ki, nazirin ikinci arqumenti də əsassızdır: “Onun uşaqpulu üçün meyarların müəyyən olunmasının çətinliyi və bunun korrupsiyaya yol açacağı barədə dedikləri isə o dərəcədə qeyri-ciddi yanaşmadır ki, adam münasibət bildirməyə söz də tapa bilmir. Həyatımızın bir çox sahələrində çətin və mürəkkəb məsələlər qarşımızda dayanır, onun məntiqi ilə biz bunu çözməməliyik ki, korrupsiyaya yol aça bilər. Korrupsiyanın qaşısını almaq üçün işləməmək, çətin problemlərin həlli ilə məşğul olmamaq artıq yeni yanaşmadır. Korrupsiyaya qarşı mübarizədə ölkəmizdə tətbiq olunan "yenilik" kimi dünya birliyi tərəfindən öyrəniləcək”.

“Uşaqpulu əvəzinə minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsi barədə nazirin dedikləri də sağlam tənqidə davam gətirmir. Orta aylıq əməkhaqqı artdıqda və inflyasiya aşağı olduqda, hamı işlə təmin olunduqda, pensiyalar orta əməkhaqqına yaxınlaşdıqda, ailələr gəlirlərinin 30%-dən azını ərzaq almağa sərf etdikdə sosial rifahın yüksəlməsindən söhbət gedə bilər. İndiki halda uşaqların sağlam böyüməsi və genefondumuz qorunması üçün "uşaqpulu" müavinətinin verilməsinə böyük ehtiyac var. "Uşaqpulu" fərdi müraciətlər əsasında ailənin maddi vəziyyəti nəzərə alınmaqla verilməlidir. Yeri gəlmişkən deyim ki, nazirdən fərqli olaraq düşünürəm ki, meyarları müəyyən edib bu işi təşkil etmək çox sadədir. Yalnız təcrübəli, oturuşmuş, bacarıqlı və xalqını sevən bir şəxsə bu iş həvalə olunmalıdır”, - Q.Həsənquliyev fikrini tamamlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay