Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun keçmiş Baş katibi İrəvanda nə axtarır?

Şimali Atlantika Hərbi Blokunun (NATO) keçmiş Baş katibi Anders Foq Rasmussenin İrəvana səfər edib...

İndiki həssas məqamda onun Ermənistan gəlməsi maraq doğurur. Səfər nə ilə bağlı ola bilər?

Politoloq Elxan Şahinoğlu bildirir ki, NATO-nun keçmiş baş katibi hazırda “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir.

Onun sözlərinə görə, Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir, Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda da ofisləri var.

Təhlilçi qeyd edir ki, təşkilat təhlükəsizlik, transtlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər.

“Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırki Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Proşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib.

Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur, əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir. Deməli, Nikol Paşinyanın və onun komandasının da eyni səpgili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb” – deyə, E.Şahinoğlu qeyd edib. (AzPolitika.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar