Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadir və Aynişan: Personajların sevgisi! - Fotolar

Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı görüntülərə səhnə olub...

Poliqon olay-a istinadən xəbər verir ki, "Alov" maskası altında yarışan Nadir Rüstəmlinin səhnə şousunda "Xarı-Bülbül"ün şəklinin yer alması diqqət çəkib.

"Qaytar eşqimi" mahnısını səsləndirən Nadirə aparıcı Ağa Nadirov "Bu gün bütün kartlar açılacaq" deyə, Aynişan Quliyevanın şəklini göstərərək eyham vurub.

Detektiv masasında əyləşən Xalq artisti Faiq Ağayev isə məsələyə belə şərh verib:

"Torbada pişik var. "Xarı-Bülbül" var torbada. Cəhrə xalanın quşu xəbər verib ki, bu iki personajımız bir-birini sevir. "Alov" axı "Xarı-Bülbül"ü kül edə bilər".

Ağa onun sözlərindən sonra "Yəni, bu obrazların münasibəti var" sualını verib.

Bu zaman Əməkdar artist Coşqun Rəhimov "Faiq, çox dərinə getmə", deyə, onu dayandırıb.

Aynişan isə sözügedən kadrları səhifəsində paylaşıb.

"Hər bir halda finalda səhnədə oldum. Sağ ol, "Alov"", - deyə, o, yazıb.

Daha sonra Ayni Nadirlə bağlı paylaşım edərək fikirlərini belə ifadə edib:

""Maska"ya dəvət alan kimi bir neçə insanın da orada ola biləcəyini düşünmüşdüm. İlk ağlıma Nadir Rüstəmli gəlmişdi. Çünki illərdir onun sənətinin vurğunuyam. Hər cür variantlarla ondan söz almağa çalışmışam bu dönəm. "Alov" ancaq sənə bu qədər yaraşa bilərdi. Unikalsan, Nadir!".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Ən çox oxunanalar