Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqəddəs meyvə əncir - Bilmədiyiniz faydaları

"Əncirə və zeytuna and olsun". ( Qurani Kərim. Tin surəsi, 1).

Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: "Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm."

PİA.az medicina.az-a istinadən naturopat həkim Füzuli Hüseynovun Abşeron əncirinin faydaları barədə açıqlamasını təqdim edir.

"Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin "dostudur" deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Quruəncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.

Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.

Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.

Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.

Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.

Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.

Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir.

Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.

Səhər quru ənciri zeytun yağının içinə atın, günorta yeməkdən əvvəl yeyin. Günorta atıb axşam yeyin, axşam atdığınızı isə səhər yeyin. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.

Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Üç bürcün həyatında ciddi dəyişikliklər baş verəcək 

Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ən çox oxunanalar