Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlanıb

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb...

Nazirlikdən verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək.

Ötən illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd olunan sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də başa çatıb. Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar