Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun ortağı olan erməni mafiya başçısı 40 il həbs cəzası aldı

Erməni mafiya liderinin digər ortağı Mübariz Mənsimov onunla əlaqəsini rədd etsə də, ələ keçirilən sənədlər hər cür qanunsuzluğun olduğu çirkli ortaqlığı ortaya çıxarıb...

FETÖ terror təşkilatı ilə kirli şəbəkə yaratması səbəbindən beş il həbs cəzası verilən Mübariz Mənsimovun ortağı, erməni mafiya başçısı Levon Termendzhyan ABŞ-də kirli pulların yuyulması və dələduzluq ittihamı ilə 40 il müddətinə həbs edilib.

ABŞ-də bioenerji istehsalçısı Yakob və İsaiah Kinqston qardaşları ilə də ortaq olan Levon Termendzhyan şəxsi mənafeyi üçün qurumlara yalan məlumat verib.

O, ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə 1 milyard dollardan çox zərər vurub.

ABŞ-də 7 həftədir davam edən məhkəmədə nəticə açıqlanıb. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə 40 il azadlıqdan məhrum edilib. Eyni zamanda o, ABŞ-nin Dövlət Gəlirləri idarəsinə 442 615 520 dollar təzminat, həmçinin, 181 milyon dollardan çox inzibati cəza olaraq pul ödəməlidir. Bu, ölkədə son 10 ildə fırıldaqçılıqla bağlı verilən ən böyük cəzalardan biri olub.

Erməni mafiya liderinin digər ortağı Mübariz Mənsimov onunla əlaqəsini rədd etsə də, ələ keçirilən sənədlər hər cür qanunsuzluğun olduğu çirkli ortaqlığı ortaya çıxarıb. Hətta Termendzhyanın oğlu Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə FETÖ-çü Mənsimovla ortaq şirkət qurduqlarını deyib və bildirib ki, Mənsimovun dedikləri doğru deyil.

Erməniəsilli Levon Termendzhyan 2018-ci ilin avqust ayında Federal Təhqiqat Bürosunun həyata keçirdiyi əməliyyatla tutulub. Ortaqları olan Kinqston qardaşları və FETÖ-çü M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu sübut olunub.

FETÖ-çü Mənsimovun Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ittifaqına qəti surətdə qarşı çıxdığı və Ermənistanı dəstəkləyən İranla yaxın əlaqələri olduğu da məlumdur.

Poloqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar