Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Bu barədə Poliqon-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması və vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinə metodiki kömək göstərilməsi, məlumatlarının artırılması və peşəkarlıqlarının daha da təkmilləşdirilməsidir.

Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabçada seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurları aydın və müfəssəl əks olunub.

“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.

Poliqon.info


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Ən çox oxunanalar