Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövcud vəziyyətdə sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycana lazımdır?

Qarabağın Azərbaycanın ərazisi olaraq Ermənistan tərəfindən tanınmamasını ön görən təkif Azərbaycanın maraqlarına cavab verirmi?...

Politoloq: “İlkin şərtin olmamasını istəyən ErmənistanRusiya Qarabağın delimitasiyası və demarkasiyası prosesindən uzaq tutulmasnı istəyirlər. İndi isə Paşinyan bu şərti ilkin şətin olmamasının əsas şərti olaraq ortaya qoyur”.

AzərbaycanErmənistan arasında yekun sülh müqaviləsi imzalanmadığı təqdirdə və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanımadığı təqdirdə sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən danışmaq və bu prosesə başlamaq heç bir halda doğru deyil”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü ilkin şərtləri PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyan sosial şəbəkə vasitəsilə həyata keçirdiyi mətbuat konfransında bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycana yolladıqları təkliflərin içində Qarabağın sərhədlərin müəyyənləşməsindən ayrı tutulması tələbi də var. Qarabağın Azərbaycanın ərazisi olaraq Ermənistanın tanınmamasını ön görən bu təkif Azərbaycanın maraqlarına cavab verirmi və heç bir şərt olmadan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiya yaratmağı təklif edən Ermənistan eyni zamanda bu şəkildə qəbulolunmaz şərtləri də irəli sürərək nəyə nail olmaq istəyir?

Qeyd edək ki, Paşinyan elə həmin mətbuat konfransında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ilkin şərtin olmamasını bildirsə də, ardınca Azərbaycan üçün qəbul olunmaz ilkin şərtlər irəli sürüb. Bunlara qoşunların qarşlıqlı olaraq sərhəddən çəkilməsi, lakin bu zaman ermənilərin yaşadığı sərhəd kəndlərində Ermənistan ordusunun öz mövqelərində qalması və Qarabağın sərhədlərin müəyyənləşməsindən ayrı tutulması aiddir. Paşinyanın Bakıdan yazılı cavab gözlədiyi bu şərtlər isə faktiki olaraq sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mexanizmin yaradılmasını əngəlləyir və mümkünsüz edir.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Bir ölkə digər ölkənin ərazi bütövlüyünü tanımırsa, və iki ölkə arasında sülh müqaviləsi yoxdursa, hansı sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən danışa bilərik?”.

Ərazi bütövlüyünün tanınmasının dövlətlərarası siyasi sənəd olacağını bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib edib ki, iki ölkə arasında sərhədlərin təyin edilməsi texniki sənəddir. Teniki sənədi isə pozmaq da lar. Ona görə də iki ölkə arasında ilk olaraq yekun sülh nüqaviləsi imzalanmalıdır:

“Əslində bu gözlənilən reaksiya idi. Paşinyandan əvvəl Ermənistanın xarici işlər naziri sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ilkin şərt olmadan başlanıla biləcəyini qeyd etmişdi. Bu bəyanat ikibaşlı idi və daha sonra Lavrov da Qarabağ nizamlanmasının delimitasiya və demarkasiya prosesinə aid olmayacağını söylədi. Burada da aydın məsələ idi ki, ilkin şərtin olmamasını istəyən ErmənistanRusiya Qarabağın delimitasiyası və demarkasiyası prosesindən uzaq tutulmasnı istəyirlər. İndi isə Paşinyan bu şərti ilkin şətin olmamasının əsas şərti olaraq ortaya qoyur.

Əslinə qalsa, Ermənistan tərəfi ağıllı gediş edir. Məsələ ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Qarabağı ikinci plana atıb. Yəni indiki halda faktiki olaraq Ermənistan bu məsələni qaldıraraq Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məsələsini ikinci plana atmış olur və Rusiyada bunda maraqlı tərəf kimi görünür. Çünki Rusiya istəmir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ilə Qarabağ münaqişəsi də nizamlansın. Bu Rusiyanın maraqları ilə daban-dabana ziddir. Rusiya münaqişəni mübahisıli şəkildə donduraraq növbəti dəfə bundan faydalanmaq istəyir.

Turan Rzayev: “Azərbaycan Ermənistandan Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanımasını tələb etməlidir. Bu bütün danışıqların və iki ölkə arasında nizamlama prosesinin ana xəttini təşkil etməlidir”.

AzərbaycanErmənistan arasında yekun sülh müqaviləsi imzalanmadığı və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxilində tanımadığı təqdirdə sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən danışmaq heç bir halda doğru deyil və bu prosesə başlamaq da Azərbaycanın maraqlarına cavab vermir. Rəsmi İrəvan bu yolla yekun sülh müqaviləsində Qarabağın Azərbaycanın ərazisi olmasını tanımasını ləngidir. İndiki halda əsmi Bakı Ermənistanın ilkin şərtini yerinə yetirməməlidir və Qarabağın dağlıq hissəsi mübahisəli ərazi olaraq münaqişənin növbəti dəfə dondurulmasına imkan verməməlidir .

Ümumumiyyətlə Azərbaycan Ermənistandan Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanımasını tələb etməlidir. Bu bütün danışıqların və iki ölkə arasında nizamlama prosesinin ana xəttini təşkil etməlidir.

İndiki halda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zəruri deyil və daha vacib məqamlar var. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi texniki məsələdir. Deyək ki, biz Naxçıvandan Qazağa qədər olan ərazini tənzimlədik. Bu texniki bir şey olacaq. Yəni bir ölkə digər ölkənin ərazi bütövlüyünü tanımırsa, və iki ölkə arasında sülh müqaviləsi yoxdursa, hansı sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən danışa bilərik?

Ərazi bütövlüyünün tanınması dövlətlərarası siyasi sənəd olacaq. Amma iki ölkə arasında sərhədlərin təyin edilməsi texniki sənəddir. Teniki sənədi isə pozmaq da lar. Ona görə də iki ölkə arasında ilk olaraq yekun sülh nüqaviləsi imzalanmalıdır.

Turan Rzayev: “1990-ci illərdə Azərbaycan Ermənistamnla diplomatik sahədə kifayət qədər səhvlər edib. Bu gün yenidən o səhvlərin təkrarlanmasına icazə vermək olmaz”.

Ermənistan onsuz da SSRİ-nin adminstrativ sərhədlərini Birinci Qarabağ müharibəsi zamanı pozmuşdu və Azərbaycan ərzilərini işğal etmişdi. Sabah da Ermənistan güclənəcəyi, yaxud da siyasi proseslərin dəyişəcəyi təqdirdə hər an texniki sənədi poza bilər və işğalın təkrarlanması üçün yeni müharibəyə başlaya bilər. Amma yekun sülh müqaviləsi olsa, Ermənistan Qarabağ ərazisini Azərbaycanın ərazisi olaraq tanısa, gələcəkdə Ermənistan yenidən seperatçı fəaliyyətə başlayanda, yaxud da əraziyə müdaxilə cəhdləri olduqda Azərbaycan bunun işağal faktı olduğunu əsas gətirəcək.

1990-ci illərdə Azərbaycan Ermənistamnla diplomatik sahədə kifayət qədər səhvlər edib. Bu gün yenidən o səhvlərin təkrarlanmasına icazə vermək olmaz. Birmənalı olaraq Ermənistanın bu şərtini Azərbaycan tərəfi qəbul etməməlidir. İndiki halda Ermənistan Qarabağı bizim ərazi bütövlüyümüz kimi tanımır. Buna görə də gələcəkdə texniki sənədi hər an poza bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay