Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir Qəzza zolağından qaçqın qəbul etməkdən imtina edib

Misirin Baş naziri Mustafa Madbuli ölkəsinin Qəzza zolağından Sinay yarımadasına 2,3 milyon fələstinlini qəbul etməkdən imtina etdiyini təsdiqləyib...

Poliqon xəbər verir ki, Misirin Baş naziri bu barədə Əl-Ariş şəhərində Şimali Sinay ağsaqqalları ilə görüşdə bildirib.

Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir höküməti bizə nəyinsə yüklənməsinə və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”, - deyə Madbuli qeyd edib.

Baş nazir əlavə edib ki, Misir hakimiyyəti yaxın illərdə yarımadanın yenidən qurulmasını maliyyələşdirəcək və onun inkişafı üçün planlarını genişləndirəcək.

“Heç kəs Misirin Sinayı tərk edəcəyini düşünməsin”, deyən Madbuli əlavə edib ki, ərazini qorumaq üçün, Misir milyonlarla insanın həyatını qurban verməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl Associated Press Agentliyi İsrail kəşfiyyatının planı barədə məlumat yaymışdı. Bu plana görə Qəzza zolağında 2,3 milyon dinc sakin hərbi əməliyyatların əvvəlində Sinay yarımadasının şimalına köçürülməli idi. Əvvəlcə qaçqınların müvəqqəti çadır şəhərlərində yerləşdirilməsi, sonra onların yerində daimi şəhərlərin salınması nəzərdə tutulurdu.

Sənəddə Qəzza sakinlərinin köçürülməsi üçün digər mümkün ölkələrin arasında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kanada da olub. Kəşfiyyat planı ilə tanış olan İsrail rəsmisi Associated Press-ə bildirib ki, sənəd məcburi deyil və təhlükəsizlik rəsmiləri ilə müzakirə olunmayıb.

Qeyd edək ki, Qəzza zolağında İsraillə HƏMAS qruplaşması arasında döyüşlər başlayandan bəri 8 mindən çox insan həlak olub, onların təxminən 70%-i qadın və uşaqlardır. BMT su, su, dərman və yanacaq çatışmazlığı səbəbindən anklavdakı vəziyyəti fəlakətli adlandırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay