Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir İsraillə münasibətlərə yenidən baxacaq... - Sisi nədən cəsarətlənib?..

Misir prezidenti İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib...

Politoloq: “Bəli, demək olar ki, Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib”.

“Ümumiyyətlə, Qahirə üçün ən məqbul variant Mahmud Abbasın rəhbərliyi altında zəif bir Fələstin dövlətinin yaradılması və Qəzzanın bu dövlətin tərkibinə keçməsidir. Misirdə Qəzzada qarışıqlıq istəmir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Misir-İsrail münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Misir prezidenti Əbdül Fəttah Əl - Sisi İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib. Belə görünmürmü ki, Türkiyə ilə yaxınlaşma, Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib? Eyni zamanda Misirin Qəzza məsələsindən istifadə edərək yenidən Ərəb dünyasında əsas güc sahibi olmaq niyyəti açıq deyilmi?

Misir-Türkiyə münasibətlərini Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Sisi Qəzzanı Həmasın əlindən almaq, eləcə də bu təşkilatın Misirdə güclənməsinə imkan verməmək üçün var gücü ilə çalışacaq”.

Ankara-Qahirə yaxınlaşmasının regionda ən çox İsraili və Həması zəiflədəcəyini proqnoz edən politoloq qeyd edib ki, hər iki dövlət maksimum şəkildə İsrailə təzyiq etməyə çalışacaqlar:

“Bəli, demək olar ki, Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib. Təbii, Qahirə yaxşı başa düşür ki, Ankaradan dəstək gəlməsə bu alınan deyil. Çünki Türkiyənin Ərəb dünyasındakı nüfuzu, xüsusilə Ərdoğanın nüfuzu çox güclüdür. Sisi Misirdə siyasi islamın qalıqlarını təmizləmək istəyir. Məhəmməd Mursinin prezidenti seçilməsi ilə birlikdə Müsəlman Qardaşları Hərakatının hakimiyyətə gəlməsi ərəb dünyasında narahatlıqla qarşılanırdı. Həmçinin Qərbdə Mursini qəbul edə bilmədi.

İsrail Qəzzanı bombalayır, insanlar Misirə qaçır. Bu insanların çoxu Həmas və ya digər silahlı islamçı qrupların üzvləridir. Yada ailə üzvləri bu təşkilatların üzvləridir. Sisini bu hal ciddi narahat edir. Çünki vaxtilə FAT Suriyada Hafiz Əsədə, Misirdə Ənvər Sadata böyük problem yaşatmışdı. Sisi bu hallarla qarşılaşmaq istəmir. Ümumiyyətlə, Qahirə üçün ən məqbul variant Mahmud Abbasın rəhbərliyi altında zəif bir Fələstin dövlətinin yaradılması və Qəzzanın bu dövlətin tərkibinə keçməsidir. Misirdə Qəzzada qarışıqlıq istəmir.

Misir-Türkiyə münasibətlərinin inkişafında, hər iki dövlət maraqlıdır. İsveçin üzvlüyündən sonra Qərbin Türkiyə müdafiə sənayesinə sanksiyaları aradan qalxıb, Misir Türkiyənin bu sahədəki təcrübəsindən geniş şəkildə istifadə etmək istəyir. Həmçinin Türkiyədə Misir limanlarından geniş şəkildə istifadə etmək, eləcə də Misir bazarına daxil olmaq istəyir.

Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və Həması zəiflədəcək. Hər iki dövlət maksimum şəkildə İsrailə təzyiq etməyə çalışacaqlar. Həmçinin Sisi Qəzzanı Həmasın əlindən almaq, eləcə də bu təşkilatın Misirdə güclənməsinə imkan verməmək üçün var gücü ilə çalışacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Ən çox oxunanalar