Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Muzey Mərkəzi yaradılır - Muzeylər yeni qurumun tabeliyinə veriləcək...

Azərbaycanda muzeylərin inkişafı ilə bağlı konsepsiya hazırlanır. Yeni konsepsiyaya uyğun olaraq bir neçə muzey yaradılacaq Milli Muzey Mərkəzinin tabeliyinə veriləcək...

Poliqon xəbər verir ki, bu barədə AzFakt.com saytının mötəbər mənbədən əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə Publik Hüquqi şəxs kimi fəaliyyət göstərəcək Milli Muzey Mərkəzinin tabeliyinə ilkin olaraq Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi veriləcək.

Muzeylərin bir qurumda birləşdirilməsində əsas məqsəd milli sərvətlərin və abidələrin standartlara uyğun komplektləşdirilməsi, öyrənilməsi, düzgün mühafizəsi, təbliğinin düzgün qurulması və optimal idarəetmə sisteminin tətbiqidir.

Milli Muzey Mərkəzinin əsas fəaliyyət istiqamətindən biri də muzey menecementliyinin inkişafı olacaq.

Məlumatda Milli Muzey Mərkəzinə birləşdirləcək Milli Azərbaycan Tarixi Muzeyinin hazırkı baş direktoru Nailə Vəlixanlının yaş senzi ilə bağlı təqaüdə göndəriləcəyi bildirilir. Qeyd edək ki, Nailə Vəlixanlı uzun illərdir Milli Tarix Muzeyinə rəhbərlik edir.

Nailə Vəlixanlı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın isə Milli Muzey Mərkəzində şöbələrdən birinə rəhbərlik edəcəyi iddia edilir.

Şirin Məlikova

Xatırladaq ki, Mədəniyyət nazirliyi bir müddətdir ki, struktur islahatları həyata keçirir.

Nazirliyin struktur islahatlarının əsas məqsədi uzun illərdir nazirliyin tabeliyində fəaliyyət gösətərən müəssisələrdə tüğyan edən korrupsiya və "ölü can"ların aradan qaldırılmasıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay