Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhərrəm Zülfüqarlı: “90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa...”

Bu ilin yazında Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanacağının gözləndiyi bildirilir

Artıq yaxın aylarda imzalanacağı deyilən bu sənəddə hansı məqamların yer alacağı və bunun əhəmiyyəti Azərbaycan cəmiyyətində bir çox çox insanları düşündürməkdədir. Ancaq bununla belə sazişin yaxın aylarda imzalanacağına şübhə edənlər də var.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azadliq Radiosuna açıqlamasında deyib ki, Avropa Birliyinə Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da bu birlik o qədər lazımdır: “Yəni bu əməkdaşlıqda qarşlıqlı yararlanma olmalıdır”. Məhərrəm Zülfüqarlı bütün hallarda müqavilənin bağlanması tərəfdarı olduğunu söyləyib: “Çünki Azərbaycan Qərb ölkələrinə nə qədər inteqrasiya etsə, cəmiyyət Avropa dəyərlərini daha çox mənimsəyəcək. Həm də müəyyən problemlərin həllində “köhnə qitə”nin dəstəyinə arxalana biləcəyik. Düzdür, Qərbin dəstəyinə tam arxayın olmaq olmur. Amma hər halda demokratik ölkələr müəyyən məsələlərdə bizə dəstək verə bilərlər. Həm də bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəyindən, Avropa Şurası ilə bərabər Avropa Birliyindən də müşahidəçilər gələcək”.

M.Zülfüqarlı Azərbaycanın Avropa Birliyi ilə saziş imzalanmasının ölkəyə faydalarının olduğunu hesab edir: “Ancaq biz sadəlöhv olmamalıyıq. 90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa, neft-qaz Avropaya gedəcək, nəticədə onlar bizə dəstək verəcək, elə olmadı. Hər bir dövlətin öz marağı olduğundan biz öz dövlət maraqlarımızı önə çəkməliyik. Baxın, Fransada “sarıjiletlilər”dən nə qədər adam həbs ediblər.Bu ölkənin Azərbaycanı kiminsə həbsinə görə ittiham etməsi doğru deyil. Bu dövlətlər birinci öz ölkələrində insan haqları prooblemlərini həll etməli, sonra Azərbaycan kimi ölkələr barədə açıqlama yaymalıdırlar”. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Ən çox oxunanalar