Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron onu Hitlerə bənzədən şirkəti məhkəməyə verdi

Fransa prezidenti Emmanüel Makron dərman şirkətini məhkəməyə verib.

Unikal.org xəbər verir ki, Fransada istehsal olunan şirkətin reklam plakatında prezident Makronun şəkli Alman lideri Adolf Hitlerə bənzədilib. Bununla yanaşı, plakatda "İtaət edin, vaksin vurdurun!", sözləri də yazılıb.

Belə ki, Makronun Hitlerlə oxşarlığı insanlar arasında təşviş yaradıb. Bundan sonra Makron şirkət rəhbərliyini məhkəməyə verib. Hətta o, şirkətdən təzminat tələb edib.

Maraqlısı budur ki, şirkət sahibi Maykl Flori polis bölməsinə çağrılıb. O, bunun sadəcə insanların qısa zamanda vaksinasiyaya səsləyən bir reklam olduğunu bildirib. Şəxs sərbəst buraxıldıqdan sonra Tvitter hesabında, "Polis bölməsinə çağırıldım və prezidentin mənə qarşı şikayət etdiyini öyrəndim. Başqa sözlə, Makronun ölkəsində peyğəmbərlə lağa qoya bilərsiniz, ancaq prezidenti diktatorla müqayisə edə bilməzsiniz", - şərhini qeyd edib.

Mayklın bu şərhi Fransa mətbuatında gündəm yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar