Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Makron ikinci Paşinyandır” - Hafiz Hacıyev

Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirak etməməlidir...

Müasir Müsavat Partiyasının sədri: “Fransa prezidenti heç vaxt Azərbaycanı müdafiə etməyəcək. Çünki Makron Ermənistanın sağ əlidir”.

“Bir daha təkrar edirəm ki, nə vaxta qədər Ermənistan başqa dövlətlərə tabedir nə Praqa, nə də Brüssel görüşlərinin heç bir nəticəsi olmayacaq”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Fransa Prezidenti Emmanuel Makronun növbəti dəfə Azərbaycana qarşı haqsızlığını PİA.az-a şərh edərkən qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron bir daha Azərbaycana qarşı haqsızlığa yol verib. Makron ErmənistanAzərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalara münasibət bildirərək deyib ki, Fransa Ermənistanı pis vəziyyətdə qoymayacaq.

Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir; Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”, - deyə Makron bildirib.

Bildiyimiz kimi noyabrın 15-də Fransa senatı Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini müzakirəyə çıxaracaq. Belə bir zamanda Makronun belə riyakar açıqlama verməsi diqqət çəkir. Görünür, Makron və senat bu məsələdə eyni düşüncəyə malikdir. Buna görə də ölkəmizə qarşı sanksiya qərarı verilə bilər.

Fransanın Azərbaycana qarşı olmasının səbəblərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Fransa prezidenti çalışır ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin əlindən kartları alsın və özü proseslərə rəhbərlik etsin. Makron bütün bunları çox ustalıqla edir”.

Azərbaycanın zəifləməsini istəyən daxili qüvvələrin Makronla da əlaqələrinin olmasını iddia edən partiya sədri əlavə edib ki, onların hamısının istəyi cənab Prezidentin gördüyü işlərin nəticəsiz qalmasıdır:

“Fransa prezidenti heç vaxt Azərbaycanı müdafiə etməyəcək. Çünki Makron Ermənistanın sağ əlidir. Buna görə də o çalışır ki, bu gün Ermənistanın düşdüyü çıxılmaz vəziyyətdən onları çıxarsın. Eyni zamanda Fransa prezidenti çalışır ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin əlindən kartları alsın və özü proseslərə rəhbərlik etsin. Makron bütün bunları çox ustalıqla edir.

Azərbaycanın xarici siyasəti bu məsələlərə çox gec cavab verir. Müharibə dövründə də Makron Ermənistanı açıq şəkildə müdafiə edirdi. Amma bizim Xarici İşlər Nazirliyimiz məsələlərə laqeyd münasibət bəsləyirdi. Gərək Xarici İşlər Nazirliyi bu məsələlərdə qətiyyətli mövqelərini ortaya qoysun. Onsuz da hamıya məlumdur ki, Makronlar Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni həzm edə bilmirlər. Sentyabrın 13-14-ü sərhəddə yenidən təxribatlar baş verdi. Elə ilk gündə Fransanın bu təxribatlara yanaşması Azərbaycan tərəfindən nəzərə alınmalı idi. Fransa terrorçu Ermənistanı müdafiə etdi və müdafiə etməkdə də davam edir.

Mən bir daha təkrar edirəm ki, nə vaxta qədər Ermənistan başqa dövlətlərə tabedir nə Praqa, nə də Brüssel görüşlərinin heç bir nəticəsi olmayacaq. Paşinyan bir tərəfdən Rusiyadan asılıdır, bir tərəfdən də Qərbə inteqrasiyası adı ilə Qərbi aldadır. Amma Ermənistanın baş naziri istədiklərinə qismən də olsa, nail olur. Məsələn ABŞ senatı, Fransa deputatları Azərbaycana sanksiya tətbiq etməyi düşünürlər. Düşünürəm ki, onlar Azərbaycana sanksiya tətbiq etməyə nail olacaqlar.

Hafiz Hacıyev: “Soruşmaq lazımdır ki, Makron Azərbaycana qarşı qarayaxmaya davam etdiyi vaxtda, biz niyə susuruq və niyə Fransanın səfirini bəh-bəhlə qoruyuruq?”.

Azərbaycan arxayınçılığa çox yol verdi. Bu gün Azərbaycan regionda söz sahibi olan dövlət olmalıdır. Azərbaycan bölgədə Türkiyə ilə çox yaxşı addımlar atırlar. Amma rəsmi Bakının Türkiyə ilə münasibətlərinin o səviyyədə qalmasına 5-ci kalon imkan vermədi. Buna görə də bu gün Makronlar at oynadır. Soruşmaq lazımdır ki, Makron Azərbaycana qarşı qarayaxmaya davam etdiyi vaxtda, biz niyə susuruq və niyə Fransanın səfirini bəh-bəhlə qoruyuruq? Yəni, özümüzdə də çox günah var.

Azərbaycanın bir yolu qalıb. O yol da bizim milli birliyimizdir. O milli birliyi biz qoruyub saxlaya bilsək, Makronlar, Paşinyanlar, Putinlər ölkəmizə qarşı heç bir iş görə bilməyəcək. Əgər milli birliyə nail ola bilməsək biz sanksiyalara məruz qalacağıq və qarışda bizi çox böyük təlatümlər gözləyəcək. Müharibəni yenidən qızışdırmaq istəyirlər. Eyni zamanda ATƏT-in yenidən dirçəldilməsi uğrunda mübarizələr gedir. Bu yolla da bəzi dairələr prezidentin apardığı uğurlu siyasətə kölgə salmaq istəyirlər. Prezidentin uğurla apardığı danışıqların və nəticələrin həyata keçməsinə imkan vermirlər.

Hafiz Hacıyev: “Əgər milli birliyə nail ola bilməsək biz sanksiyalara məruz qalacağıq və qarışda bizi çox böyük təlatümlər gözləyəcək”.

Makron ikinci Paşinyandır. Artıq hər bir detal ortadadır. Kimin kiminlə dost olması, kimin kiminlə düşmən olması göz önündədir. Biz də buna uğrunda addımlar atmalıyıq. Həmçinin ölkənin daxilində olan düşmənlərimizin arzularına çatmalarına imkan verməməliyik. Mən deyərdim ki, Azərbaycanın zəifləməsini istəyən daxili qüvvələrin Makronla da əlaqələri var. Onların hamısının istəyi cənab Prezidentin gördüyü işlərin nəticəsiz qalmasıdır.

Amma bütün bunlara baxmayaraq Azərbaycan işğaldan qalan digər ərazilərini də azad etməlidir. Bundan sonra sərhəddə möhkəmlənməlidir. Kimlər də Azərbaycanı ərazi bütövlüyü çərçivəsində qəbul etmirlərsə, öz işləridir. Onsuz da hər gün üstümüzə min erməni hürür. Makron da hürsün min bir olsun”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Ötən gün polislər belə güllələnib - Anbaan video

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Ən çox oxunanalar