Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maaş, pensiya artmamış qiymətlər niyə bahalaşır?

Ekspert bazarda baş verən dəyişikliklərin səbəbini açıqlayır

“İnsanlarda inflyasiya gözləntisi var – maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, əmtəə bazarlarında sağlam rəqabətin olduğu, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5%-lik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır:

“Amma belə görünür ki, yuxarıda sadaladığım neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında mövcuddur. Əks halda monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı”.

“Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür”-de R.Ağayev vurğulayıb.

“Cəmi 1 həftə öncə 16.5 manata olan 5 kq-lıq yuyucu toz artıq vitrinlərdə 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub. Diqqətimi çəkənlər bunlar oldu – yəqin başqa artımlar da var…”-ekspert qiyməti artan malları göstərib

R.Ağayev qeyd edib ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar