Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liz Tras haqlıdır: Ukrayna ilə müharibədə ən çox uduzan Putin olacaq...

Trasın yeganə günahı kifayət qədər açıq danışmaması idi. O, həm də deməli idi ki, bu, Rusiyanın, bəlkə də, qalib gələ bilməyəcəyi bir müharibədir...

Sean O'Grady
“The Independent” qəzeti, 21 fevral 2022-ci il

“Liz Trası tərifləmək heç də rəğbət görən bir iş deyil. O, Birləşmiş Krallığın xarici işlər naziri olaraq Rusiyaya son səfərindən Instagram”da reklam kimi istifadə edib. Moskvaya səfərindən əvvəl ona bu məsələ ilə bağlı çox az məlumat verilib və ruslar da onu məsxərəyə qoyublar.

Göründüyü kimi, Tras böhranın diplomatik həlli və ya rusları təhlükəsiz tutmaq üçün hər hansı bir yaradıcı addım təklif etmək üçün lazım olan özünə inama və səlahiyyətə sahib deyil. Vəzifədə yeni olduğunu nəzərə alsaq, xanım Tras Moskvada çox ehtiyatlı idi və karyerasını məhv edə biləcək səhvə yol verməməyə çalışırdı. Ona görə də, sadə mesajlarla risk etməməyi seçdi. Bəlkə də, hər şeyin Co Baydendən asılı olduğunu bilirdi. “Brexit”dən asılı olmayaraq, Avropa fərqini ortaya qoya bilməyəcək qədər bölünüb.

Amma Tras yenə də haqlı idi. Müharibə Rusiya üçün çox ağır olar. İqtisadi sanksiyaların təsirindən başqa (bu sanksiyalar indiyədək Rusiyanın xarici siyasətinə az təsir edib və tarixən nadir hallarda işə yarayıb), Rusiyanın Ukraynaya hərtərəfli, ənənəvi, köhnə üsullarla həyata keçirməyə çalışdığı tank işğalı qanlı və baha başa gələn bir əməliyyat olacaq.

Tras Vladimir Putinin tarixdən dərs almadığını bəyan edib. Guya “axmaq və dilsiz” olan bu qadın Rusiyanın xarici işlər naziri Sergey Lavrova Rusiya hökumətinin, çox güman ki, təkəbbür kimi qəbul etdiyi “böyük strateji səhvə” yol vermək üzrə olduğunu deyib.

Tras: “Sovet-Əfqan müharibəsindən və Çeçenistandakı münaqişədən bildiyimiz kimi, işğal dəhşətli insan itkisindən başqa heç nə gətirməyəcək”, deyə qeyd edib. Rusiyalı həmkarı isə buna: “Bəli, buna görə təşəkkür edirəm, amma biz tariximizi, xalqımızı, ordumuzu sizdən yaxşı bilirik”, deyə cavab verib.

Trasın yeganə günahı kifayət qədər açıq danışmaması idi. O, həm də deməli idi ki, bu, Rusiyanın, bəlkə də, qalib gələ bilməyəcəyi bir müharibədir.

Putinin son addımları nələrdir? Gələcək necə görünəcək? Kreml inanırmı ki, minlərlə ukraynalı əsgər və mülki vətəndaşın ölümünə səbəb olacaq qəfil ildırımdan sonra Kiyevdə minnətdar və şən ukraynalılar rus əsgərlərinə gül atıb, onları “azadlıq” sevinci ilə qarşılayacaqlar? Rusiya Hərbi Hava Qüvvələri də məktəbləri və xəstəxanaları bombalayacaqmı? Rusiya Hərbi Dəniz Qüvvələri Ukrayna gəmilərini batıracaqmı? Ölkənin rəqəmsal infrastrukturu iflic vəziyyətinə düşəcəkmi? Bundan sonra hər şey sıfırdan qurulacaq?

Doğrudanmı Putin indiki Ukrayna hökumətinin alçaldıcı “dostluq paktı” imzalayacağına inanır? Nəyi qəbul edəcəklər? Keçmiş Şərqi Almaniya və ya Şərq Blokunun digər peyk dövlətləri kimi, Rusiya qoşunlarının Ukraynadakı marionet statusunu və daimi yerləşdirilməsinimi?

Ola bilsin ki, Şərq Blokunun keçmiş “xalq respublikaları”nda olduğu kimi, Putin yeni və ironiya ilə adlandırılan Ukrayna Xalq Respublikasının prezidenti olmaq üçün azğın siyasətçi tapacaq. Bu, saxta referendum nəticəsində şərq rayonlarının Rusiya Federasiyasına birləşdirilməsi ilə Balkanlaşmış və ya parçalanmış yeni dövlət ola bilər.

Qalan Ukraynanın qondarma liderləri də anti-Qərb, anti-AB və əslində, ukraynalıların maraqları ilə ziddiyyət təşkil edən, daim Polşa ilə problem yaradan siyasət yürütməyə çalışacaqlar. Ruslar Qərbə qaçan ukraynalı qaçqınların qarşısını necə alacaqlar? Nəhəng divarlar tikəcəklər? Yoxsa sərhəddə pulemyot postları quracaqlar?

Bunların heç biri işə yaramaz. Nəhəng ölkə olan Ukraynada Qərbin maliyyə və hərbi yardımı ilə, bəlkə də, gizli və ya açıq şəkildə dəstəklənən uzunmüddətli müqavimət olacaq. Rusiya “Soyuq Müharibə” dövründə keçmiş Şərq Bloku olaraq imperialist güc kimi çıxış etdikcə Qərblə Rusiya arasında davamlı sülh əldə edilə bilməz. Yumşalma həmişə müvəqqəti olacaq.

Rusiya hakimiyyətinə qarşı müqavimət o həddə çatacaq və işğaldan sonra elə bir xaos olacaq ki, yeni Ukrayna Şərqi Avropanın köhnə itaətkar dövlətlərinə, hətta Çeçenistan və ya Əfqanıstanda Rusiyanın dəstəklədiyi hökumətlərə deyil, Vyetnama və ya 2003-cü ildən sonrakı İraqa bənzəyəcək. İndi aydın olur ki, amerikalılar və onların müttəfiqləri Səddam Hüseyni (Ukraynanın demokratik hökumətindən fərqli olaraq, əslində, çox sevilən lider deyil) hakimiyyətdən uzaqlaşdırdıqları üçün bundan sonra ölkə ilə nə edəcəkləri ilə bağlı planları yox idi. Rusiyanın da Ukrayna ilə nə edəcəyini bilməsi şübhə doğurur.

Əgər Putin keçmişin çar-stalinist müstəmləkəçilik taktikasından yenidən istifadə edə biləcəyini düşünürsə, yanılır. Müasir dünyada Ukrayna ölçüsündə nisbətən böyük və inkişaf etmiş bir dövlətdə bu işləməyəcək. Rusların resursları, işçi qüvvəsi və motivasiyası tükənəcək.

Şərqi Almaniya, Polşa, Macarıstan və Çexoslovakiya kimi ölkələrdə vaxtaşırı baş verən üsyanlar və ya liberallaşma cəhdləri çox vaxt Qırmızı Ordunun güc nümayişi və müxalif əksinqilabi elementlərin aradan qaldırılması ilə üzləşmişdi. Lakin Polşadakı Müqavimət Hərəkatının nisbətən də olsa, uğur qazanması bir ölkə üçün kifayət qədər böyükdürsə, hərəkat da yetərincə güclü və uzlaşmaya hazır vəziyyətdədirsə, super güclər üzərində belə təsirli ola biləcəyini ortaya qoymuşdu.

Bir çox vəziyyətdə Rusiya zorakılıqla, qırğınlarla və həbs cəzaları ilə müxalifəti nəzarətdə saxlasa da, işğal olunmuş ölkələrin xalqları, xüsusən də azadlığın, demokratiyanın və rifahın yüksəldilməsinin imkanlar daxilində olduğunu anladıqda heç vaxt hökmranlığı qəbul etmədi. Keçmiş kommunist, sovetpərəst və ya rusiyapərəst partiyalar yeni dünyada çətinliklə yaşaya bildilər. Vaxtilə “Varşava Müqaviləsi” üzvü olan bütün Şərqi Avropa dövlətləri qismən Albaniya istisna olmaqla, həm NATO, həm də Aİ-nin üzvü oldular.

Ukrayna müstəqilliyin dadına baxıb və bunu bəyənib. O, döyüşmək, müqavimət göstərmək və əlində olanı qorumaq əzmindədir. 1945-ci ildən sonra parçalanmış dövlətlərdən fərqli olaraq, Ukrayna fəaliyyət göstərən müasir demokratik dövlətdir və itirəcəyi çox şey var. II Dünya Müharibəsinin sonundan bəri ruslarla qarşılaşan hər kəsdən daha böyük ola bu ölkə və onun silahlı qüvvələri daha təsirli və daha yaxşı təchiz edilmişdir. Ona görə də Ukrayna Putini çox çətinə salacaq.

Rusiya adi müharibədə qalib gəlsə belə, ondan sonrakı qeyri-ənənəvi müharibəni uduzacaq. Qərblə uzun sürən iqtisadi müharibədə Putin nə qədər xoşuna gəlməsə də, Çinə arxalana bilər. İqtisadi sanksiyalar onun aqressiv davranmasına mane olmasa da, sadə bir rusu yoxsullaşdıra bilər ki, bu da Putin üçün yaxşı deyil. Nəhayət, o, rus xalqının razılığı ilə hökmranlıq etməlidir: Çar II Nikolayın və Sovet İttifaqını idarə edən keçmiş kommunistlərin dərk etdiyi kimi, bunu təbii qəbul etmək olmaz.

Putinin Qərblə mədəniyyət, idman və diplomatiya sahəsindəki təcridini əhatə edəcək “Soyuq Müharibə” gələcəkdə də onilliklər boyu davam edəcək. Nəhayət, sülh və Qərbin yaşayış səviyyəsini tələb edən yoxsul əhali ilə üzləşən Putinin özü bu müharibədə ən böyük uduzan tərəf ola bilər.

İşin gülməli tərəfi odur ki, Rusiya azad xalqları güc yolu ilə tabe etmək üçün sonuncu cəhdində uğursuzluğa düçar olduqda Putin hələ də orada, Şərqi Berlində idi. O, çox gec olmadan KQB sənədlərini bərpa edib Moskvaya göndərməyi bacarmışdı. Ola bilərmi ki, o, həqiqətən də KQB varislərinin Kiyevə açılmalarını və həmkarları ilə birlikdə Ukraynada Stazi tipli polis dövləti qurmasını istəyir? O, Ukraynanı güc və qorxu ilə idarə etməkdən başqa alternativinin olduğunu düşünürmü?

Tras haqlı idi ki, tarixin dərsləri və tarixin gedişatı bu mümkün işğala qarşı çıxır. Putinin ya Mixail Qorbaçovla, ya da onun özü ilə bir-iki kəlmə danışması vacibdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar