Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun səfəri və yenə təxribatlar... - Rusiyanın Qarabağ ətrafında siysəti nə vəd edir?

Rusiyanın xarici işlər nazirinin Azərbaycana gəlişi hər zamankı kimi bizə yaxşı nəsə vəd etmədi...

Siyasi-şərhçi: “Bütün bu təxribatların mənbəyi əlbətdəki Rusiyadır. Bunu görməmək mümkün deyil”.

“Son günlərdə ABŞ və Qərbin iştiraki ilə əldə olunan irəlləyişlər, sülh prosesində atılan addımlar Rusiyanı ciddi narahat edib”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli dünən sərhəddə baş verən təxribatları Poliqon.info-a şərh edərkən qeyd edib.

Lavrovun gəlişi hər zamankı kimi bizə yaxşı nəsə vəd etmirdi və belə də oldu. Bundan öncəki gəlişlərindən sonra da təxribatların olması qaçılmaz olub və bu dəfə də ənənə təkrar olundu.

Bəs dünən baş verən təxribatın sülh prosesinə təsiri barədə nə demək olar? Ümumiyyətlə, Rusiyanın Qarabağ ətrafında siysətini necə dəyərləndirmək olar və bu siyasəti konstruktiv adlandırmaq olarmı?

Mövzunu Poliqon-nun əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan höküməti bu hadisələrlə bağlı Rusiya sülhməramlılarına və rəsmilərinə ciddi xəbərdarlıq etməli və onlara bildirməlidir ki, ya bir həftə ərzində silahlı quldur erməni dəstələri tərk-silah edilib bölgədən çıxarılacaq, ya da biz antiterror əməliyyatına başlayasıyıq”.

Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunda müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb etməli olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, bu hadisə ilə Rusiya sülhməramlıları artıq etibarlarını tam itiriblər:

“Bütün bu təxribatların mənbəyi əlbətdəki Rusiyadır. Bunu görməmək mümkün deyil. Rusiya 2020-ci ilin 10 Noyabr üç tərəfli bəyanatın maddələrinə əməl etməyərək bölgədə erməni silahlılarını hələdə oradan çıxarmayıb. Halbuki, bu bəyanata görə hələ 3 il öncə erməni silahlı dəstələri ölkəmizin ərazisindən çıxarılmalı, Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyi təmin edilməli idi. Üç il keçməsinə baxmayaraq hələdə bu bəyanatın maddələri kobud şəkildə pozulmaqdadır . Çünki bölgədə Rusiyaya daim axan qan lazımdır ki cənubi qafqazda onlara ehtiyac yaransın.

Son günlərdə ABŞ və Qərbin iştiraki ilə əldə olunan irəlləyişlər, sülh prosesində atılan addımlar Rusiyanı ciddi narahat edib. Hesab edirəm ki, Azərbaycan höküməti bu hadisələrlə bağlı Rusiya sülhməramlılarına və rəsmilərinə ciddi xəbərdarlıq etməli və onlara bildirməlidir ki, ya bir həftə ərzində silahlı quldur erməni dəstələri tərk-silah edilib bölgədən çıxarılacaq, ya da biz antiterror əməliyyatına başlayasıyıq.

Eyni zamanda Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunda müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb etməliyik. Çünki bu hadisə ilə Rusiya sülhməramlıları artıq etibarlarını tam itiriblər. Əgər onlar bizim vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilmirlərsə, bunu onlarsız biz özümüzdə edə bilərik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar