Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komandamla birlikdə Xankəndinə getməyə hazıram” - Hafiz Hacıyev

Rusiya ordusu və Qarabağa gələn Vardanyan işğalda olan ərazilərimizdə bizim sərvətlərimizi talan edirlər. Onlar Qarabağdan iqtisadi gəlir mənbəyi kimi istifadə edirlər”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndi-Laçın yolunda davam edən aksiyanı PİA.az-a şərh edərkən qeyd edib.

Xankəndi-Laçın yolunda ekoloji aksiya artıq bir həftədir davam edir. Aksiya iştirakçıları hər nə qədər tələblərində prinsipiallıq göstərsə də, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyib. Aksiya iştirakçılarının tələbləri də yerinə yetirilməyib. Aksiya iştirakçılarının yeni tələblərində siyasi tələblər də var.

Bəs ekoloji aksiya siyasiləşir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Bizim Xankəndində mənbələrimiz var. Onların verdikləri məlumata görə Xankəndində ermənilərin böyük silah anbarları var”.

Nə vaxta qədər vətəndaşlarımızın soyuqda Xankəndi-Laçın yolunda dayanacaqlarını sual edən partiya sədri bildirib ki, bizim “Dəmir yumruğ”umuz işə düşməlidir:

“Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim üçün çox önəmlidir. Bildiyimiz kimi vaxtı ilə Topxanıda bir ağacın qırılması ilə Azərbaycanda xalq hərəkatı başladı. İndi də 44 günlük müharibədə Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edib. Amma Azərbaycanın azad etdiyi ərazilərdə Rusiyanın sülhməramlı adı altında oraya gəlmiş işğalçı ordusu erməniləri himayə edir. Rusiya ordusu Qarabağa gələndən sonra Xankəndidən köçən bütün erməniləri oraya geriyə qaytardılar.

Rusiya ordusu və Qarabağa gələn Vardanyan işğalda olan ərazilərimizdə bizim sərvətlərimizi talan edirlər. Onlar Qarabağdan iqtisadi gəlir mənbəyi kimi istifadə edirlər. Onların siyasi maraqları ancaq pulun üzərində qurulub. Bizim sadə vətəndaşlarımız da onların bu talanlarına son qoymaq üçün bir həftədir ki, mübarizə aparırlar.

Xankəndi bizim ola-ola ermənilər özlərinə başçı seçiblər, parlament yaradıblar. Bu da bizə qarşı çox böyük hörmətsizlikdir. Mən dəfələrlə demişəm indi də deyirəm. Biz Qarabağda cəsarətli addımlar atdıq, amma Xankəndinə gələndə bizim müəyyən dairələr sönük addımlar atdılar. Xankəndində bizim rəhbərlik olsaydı indi onlar nə Xankəndində mitinq keçirə bilərdilər, nə də Xankəndindən adam dəvət edə bilərdilər.

Hafiz Hacıyev: “Biz Qarabağda cəsarətli addımlar atdıq, amma Xankəndinə gələndə bizim müəyyən dairələr sönük addımlar atdılar”.

Biz Laçın dəhlizini açdıq ermənilərə verdik və onlar dəhliz vasitəsilə nə qədər silah lazımdır yığıblar. Bizim Xankəndində mənbələrimiz var. Onların verdikləri məlumata görə Xankəndində ermənilərin böyük silah anbarları var. Buna görə də onlar bizim vətəndaşlarımızı oraya qoymurlar. Hətta İrandan gələn mütəxəssislər orada ermənilərə hərbi təlimlər keçirirlər.

Bu gerçəklikləri bilə-bilə biz sakit oturmamalıyıq. Nə vaxta qədər vətəndaşlarımız soyuqda Xankəndi-Laçın yolunda dayanacaqlar? Bizim “Dəmir yumruğ”umuz işə düşməlidir. Təcili anti-terror əməliyyatı keçirib, orada bir dənə də olsun erməni seperatçısının olmasına icazə verməməliyik. Onsuz da dünya dövlətləri Azərbaycana qarşı qərəzli mövqe irəli sürürlər. Buna görə Azərbaycan heç bir dövlətə fikir verməməlidir. Azərbaycan ruslar qarışıq erməni separatçılarının hamısını Qarabağdan çıxarılmalıdır.

Rəsmi Bakı təcili olaraq Xankəndinə yeriməlidir. Əgər cəsarətləri çatmırsa, qorxurlarsa, mən komandamla birlikdə Xankəndinə getməyə hazıram. Gedim Xankəndin azad edim, xalqımı da yığım başıma. Sonra da Azərbaycanın paytaxtını Xankəndinə köçürək. Biz qəti addımlar atmalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Aksiya Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar