Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmalə Piriyeva “Maska” şousundakı gizliliklərdən danışdı

“Maska” şousunda gizlilik o səviyyədədir ki, heç kim bir-birinin üzünü görmür...

Bütün iştirakçılarla heç kəsə bir kəlmə deməmək barədə şərt kəsilir. Bu barədə hətta ailə üzvlərimiz də heç nə bilmir. Elə məhz bu qayda orada iştirakı çətinləşdirir”.

Bu fikirləri Lent.az-a açıqlamasında şouda kəpənək obrazı ilə çıxış edən aktrisa və aparıcı Kəmalə Piriyeva deyib.

O, şoudan özü getmək arzusunda olduğunu bildirib.

“Bu veriliş üçün bizim mahnılarımız öncədən yazılmışdı. Mənə təklif gələndə kəpənək kostyumunu görüb Kəpənək obrazında olmaq istədiyimi dedim. Amma inanın, o kostyumu geyinmək asan deyildi. Çəkilişlər hələ yayda başlamışdı. Kostyumun içində çox isti olurdu, maskam da burnumun üstünü sürtmüşdü buna görə dözmək heç də asan olmurdu”, - o bildirib.
“Şou o dərəcədə mükəmməl hazırlanmışdı ki, heç kim bir-birinin üzünü görə bilmirdi. Hər iştirakçıya ayrıca otaq ayrılmışdı. Məsələn, çıxıb tualetə getmək lazım gəlirdisə, komandaya bildiriş gedirdi ki, iştirakçı dəhlizə çıxır. Bütün dəhlizlər boşaldılırdı ki, kimin dəhlizə çıxdığını heç kim görməsin.

Telekanalın ətrafında maşınlarımızın görünüb tanınmaması üçün bizi ora xüsusi maşınlarla aparıb gətirirdilər, görüşü isə neytral ərazidə təşkil edirdilər. Məsələn, məni hansısa bir parkın ərazisindən götürüb telekanala aparır, içəriyə də son dərəcə gizli yollarla salırdılar. Bu məsələdə ən çətini ailə üzvlərimizdən harada olduğumuzu gizlətmək idi”, - o bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Ən çox oxunanalar