İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçusu seçilib...
Poliqon xəbər verir ki, siyahı "Transfermarkt" portalında dərc olunub.
Mənbə 2023-cü ilin yekunlarına əsasən, gürcü yarımmüdafiəçini 85 milyon avro dəyərində qiymətləndirib.
İkinci yerdə transfer dəyəri 60 milyon avro olan "Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik qərarlaşıb.
Ruslar arasında ən bahalı futbolçu "Monako"nun yarımmüdafiəçisi Aleksandr Qolovin olub. Onun maksimum dəyəri 2018-ci ildə 30 milyon avro idi və indi eyni səviyyədə qalır.
Qeyd edək ki, Qolovin portalın dərc etdiyi digər siyahıya - ən bahalı rusiyalı futbolçulara da başçılıq edir. İkinci yeri "Krasnodar"ın qapıçısı Matvey Safonov tutur - 20 milyon avro. "Real Sosyedad"dan Arsen Zaxaryan ilk üçlüyü qapayır - 18 milyon avro.
Poliqon.info