Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda zəlzələyə davamlı 1 milyona yaxın bina tikiləcək

Bir neçə ilə İstanbulda zəlzələyə davamlı 1 milyona yaxın ev tikiləcək...

APA xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki CNN Türk telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə risk altında olan və mümkün zəlzələdən ciddi ziyan çəkə biləcək ərazilərin sakinləri məskunlaşdırılacaq.

“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, - deyə o bildirib.

Özhasekinin sözlərinə görə, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.

Qeyd olunub ki, ilk növbədə onlardan 600 mini köçürülməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də İstanbulu mümkün zəlzələyə hazırlamaq üçün abadlıq proqramının başladığını elan edib. Seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Ən çox oxunanalar